Mərhum telejurnalist Alı Mustafayevin doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, mərhum telejurnalist, şair Alı Mustafayevin doğum günüdür.
Rakus.az xəbər verir ki, Alı Mustafa oğlu Mustafayev 14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində doğulub. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillik məktəbinə gedib, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirib. 1971-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 1973-cü ildə əsgəri xidmətini başa vurub, Bakı Elektrik Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlayıb. O, zavodda işlədiyi müddətdə “Elektrik” qəzetində tez-tez maraqlı yazılarla, şeirlərlə çıxış edib. 20 noyabr 1991-ci il… Tuğ, Xocavənd, Qaradağlı kəndlərində törədilən faciələrlə yerində tanış olmaq üçün gedən hökumət nümayəndələrini aparan hərbi vertolyot erməni terrorçuları tərəfindən Qarakənd kəndi yaxınlığında vurulub. Nəticədə 23 nəfər say-seçmə insan faciəli surətdə həlak olub. Alı Mustafayev də onların arasında idi. Ailəli idi. Üç oğul övladı qalıb. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Alı Mustafa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Respublikanın əməkdar jurnalisti” fəxri adına layiq görülüb. Bakının Nərimanov rayonundakı 202 saylı orta məktəb, 3-cü mikrorayondakı küçələrdən biri onun adını daşıyır.
Alı Mustafayev 1976-cı ildə zavod həmkarlar təşkilatının və zavod rəhbərliyinin göndərişilə ADU-nun (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub, Azərbaycan Dövlət Teleradio Şirkətinin “Xəbərlər” proqramında jurnalist kimi fəaliyyətə başlayır. Çox keçmir ki, “ilin ən yaxşı jurnalisti”, “Qızıl qələm” mükafatlarına layiq görülür. İşləyə-işləyə təhsilini davam etdirərək Bakı Ali Partiya Məktəbini də bitirir. O, çevik, qorxmaz bir telejurnalist idi, qaynar nöqtələrdən reportajlar hazırlamağa birinci gedirdi. Bir neçə dəfə vertolyot qəzasına düşsə də, təhlükəli ezamiyyətlərə getməkdən çəkinməyib, neçə dəfə ölümdən qayıtmışdı.
20 noyabr 1991-ci il… Tuğ, Xocavənd, Qaradağlı kəndlərində törədilən faciələrlə yerində tanış olmaq üçün gedən hökumət nümayəndələrini aparan hərbi vertolyot erməni terrorçuları tərəfindən Qarakənd kəndi yaxınlığında vurulub. Nəticədə 23 nəfər say-seçmə insan faciəli surətdə həlak olub. Alı Mustafayev də onların arasında idi.
Ailəli idi. Üç oğul övladı qalıb.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Alı Mustafa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Ölümündən sonra “Respublikanın əməkdar jurnalisti” fəxri adına layiq görülüb.
Bakının Nərimanov rayonundakı 202 saylı orta məktəb, 3-cü mikrorayondakı küçələrdən biri onun adını daşıyır.