Merkel Moskvaya Putinlə görüşə gəlir
Almaniya kanslerti Angela Merkelin Pusiya prezidenti Vladimir Putinlə Yaxın Şərq və digər regionlarda artan gərginliklər barədə müzakirələr aparmaq üçün Moskvaya səfər etdiyi bildirilib.
Rakus.az xəbər verir ki, Merkelin sözçüsü Stefen Sibert bazar ertəsi Merkelin Putinlə aktual beynəlxalq məsələləri müzakirə edəcəyini deyib.
O, buraya Suriya, Liviya, İran, İraq, Ukrayna məsələlərinin və ikitərəfli mövzuların daxil ediləcəyini bildirib.
“Rusiya dünya səhnəsində əhəmiyyətli bir oyunçudur və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq dünyadakı münaqişələrin həllində əvəzsizdir”, – Sibert bildirib. Almaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvü deyil.
Birləşmiş Ştatların 2018-ci ildə birtərəfli qaydada razılaşmadan çıxmasından sonra Almaniya və Rusiya İranla 2015-ci ildə əldə edilən nüvə sazişini qurtarmağa çalışan dünya gücləri arasındadır.
Seybertin sözlərinə görə, Merkeli səfəri zamanı xarici işlər naziri Heyko Maas müşayiət edir.