Mədəni 18.04.2020 19:00

Məsciddə yataq səhnələri çəkildi - FOTO - VİDEO

Aprelin 13-də “Россия-1” kanalında rejissorluğunu Eqor Anaşkinin etdiyi “Züleyxa gözlərini açır” serialının  premyerası olub.

Rakus.az xəbər verir ki, tatar yazıçı Guzel Yaxinoyun eyniadlı romanı əsasında lentə alınan ekran işi tənqidlərə səbəb olub. Serialın baş rollarını Çulpan Hamatov, Yevgeni Morozov, Yuliya Peresild, Sergey Makoveskiy canlandırıb. Uzun müddətdir insanların səbirsizliklə gözlədiyi ekran işi ətrafında qalmaqal yaşanıb.

Ekran işi sosial şəbəkələrdə tənqid atəşinə tutulub, hər kəs ekran işinin yayımının dayandırılmasını tələb edib.

Serialın ünvanına “Prokurorluq və İstintaq idarəsi bunu araşdırmalı, cinayət işi açmalı və yayımına son qoymalıdır. Bu cür təsəvvür etməzdik. Dövlət kanalında bu biabırçılığı göstərmək olmaz. Rusların əleyhinə olan film niyə göstərilir? Ruslara qarşı fobiyası olan və sovet ittifaqını tənqid edənlər bu filmi çəkiblər” kimi şərhlər yazılıb.

Təkcə ekran işinin yaradıcı heyəti yox, aktyorları da tənqid edilib. Hətta Çulpan Hamatov təhdid edildiyini söyləyib:

“Filmlə bağlı qarğış yazırlar. Təkcə tatar yazıçı tənqid edilmir, öz tariximizə qarşı xəyanət etdiyimiz, ləkələdiyimiz yazılır. Bunun insanı mənəvi məhvə apardığı iddia olunub. İctimaiyyətin reaksiyası məni təəccübləndirdi. Sovet hakimiyyəti, Stalinizm haqqında başqa filmlərdə rol aldığım zaman tamaşaçılar tərəfindən belə bir reaksiya yox idi”.

Qeyd edək ki, ekran işindəki hadisələr 1930-1946-cı illərdə baş verir. Ssenariyə əsasən baş rol oynayan tatar qız Züleyxanın əri Qırmızı Ordu tərəfindən öldürülür. Özü isə Sibirə sürgün edilir. Tezliklə o, hamilə olduğunu öyrənir və Yusif adlı oğlu doğulur. Züleyxanın yaşamaq üçün tək səbəbi isə oğludur. O, həbsdə olan zaman isə Züleyxa ərini öldürən əsgərlə eşq yaşayır.

Serial Tatarıstanda da tənqid edilib. Onlar hədsiz yataq səhnələrinin olmasını şiddətlə qınayıblar. Digər bir məqam isə həmin səhnələrin məsciddə baş verməsidir. Həmin görüntülər hazırda fəaliyyət göstərməyən bir məsciddə çəkilsə də, müsəlmanlar bunu düzgün hesab etməyib və dini təhqir kimi qiymətləndiriblər.

Onu da bildirək ki, serialın 8 bölümdən ibarət ilk mövsümü yayımlanıb. (Axşam.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO