İdman 12.04.2019 22:02

Məşəl Romadan Azərbaycana ötürüldü - FOTO

Aprelin 12-də İtaliyanın paytaxtı Romada, IX əsrdə dostluq və qardaşlıq simvolu olaraq İmperator Avqusto tərəfindən tikilmiş Ara Pasis muzeyində bu il iyulun 20-28-də Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının məşəlinin yandırılması və Azərbaycana ötürülməsi, eyni zamanda, oyunların simvolu olan kiçik “zeytun ağacı”nın Azərbaycana təqdim edilməsi mərasimləri keçirilib.

Rakus.az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK baş katibinin müavini Azər Əliyev və Avropa Gənclərinin Olimpiya Festivalına məsul digər rəsmilər təmsil ediblər.

Proqrama əsasən əvvəlcə nazir Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Janez Koçijançiç, AOK Koordinasiya Komissiyasının sədri Corce Vizaski, İtaliya Olimpiya Komitəsinin prezidenti Ciovanni Malaqonun iştirakı ilə mətbuat konfransı keçirilib. Müxtəlif media qurumlarının iştirakı ilə təşkil edilən mətbuat konfransında Bakıda iyulda keçiriləcək 15-ci Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlıq prosesi, görülmüş işlər və nəzərdə tutulan planlarla bağlı suallar verilib.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Azərbaycan bundan əvvəl bir sıra mötəbər tədbirlərə ev sahibliyi edib və kifayət qədər yüksək təcrübəyə malik bir ölkədir. Bildirilib ki, 15-ci Avropa Gənclərinin Yay Olimpiya Festivalı iyulun 21-də Bakıda start götürəcək və Oyunlar üçün yeni idman arenaları tikilməyəcək. İdmançılar 12 idman qurğusunda 10 idman növündə mübarizə aparacaqlar. Bundan əvvəl bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmiş “Baku Crystal Hall” bu il açılış mərasiminin keçiriləcəyi məkan olacaq. Eyni zamanda, media nümayəndələrinə Avropa Gənclərinin Yay Olimpiya Festivalının loqosu, daşıdığı məna, bununla yanaşı, maskotlar – cırtdan və Qafqaz bəbiri haqqında da məlumat verilib. Artıq könüllülərin seçiminin yekunlaşdığı, onlar üçün təlimlərin başlanıldığı, 3600 könüllünün yarışlara cəlb olunduğu və oyunlara hazırlıqla bağlı digər məqamlar diqqətə çatdırılıb.

AOK-nin prezidenti Janez Koçijançiç Azərbaycanın bu oyunlara çox yüksək səviyyədə hazırlaşdığını deyib və Avropa Gənclərinin Yay Olimpiya Festivalının möhtəşəm şəkildə gerçəkləşəcəyinə əminliyini bildirib.

Sonra tədbirin rəsmi açılış mərasiminə start verilib. Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək məhz bu gündən etibarən yarışlara 100 gün qaldığı müddətdə tədbirin qədim Romanın dostluq və sülh rəmzlərini özündə əks etdirən tarixi Ara Pasis muzeyində keçirilməsinin xüsusi məna daşıdığını diqqətə çatdırıb. Azad Rəhimov 2018-ci ilin mayında dövlətimizin başçısı İlham Əliyevin imzaladığı Sərəncam əsasında “Bakı 2019” Təşkilat Komitəsinin yaradıldığını bildirib.

Nazir deyib: “Azərbaycan bütün dünyada sönməz odu, Yanar dağı ilə məşhurdur. Əbəs yerə ölkəmizi “Odlar diyarı” adlandırmırlar. Bu gün oyunların məşəlinin məhz bizə, Azərbaycana ötürülməsi idman alovunun daha da gur yanması, gənclərin ürəyində idmana olan sevgi məşəlinin daha da artması deməkdir. Bu gecə oyunların məşəli qədim Romadan, tarixi Bakıya – “Odlar diyarı”na gedəcək. Eyni zamanda, qədim “zeytun ağacı” da Bakıya aparılacaq. Bu ağac sülhün, dostluğun rəmzi olmaqla, Avropa Gənclərinin Yay Olimpiya Festivalının dərin köklərini nümayiş etdirir”.

Nazir Bakının 15-ci Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlıqları barədə məlumat verib, bundan əvvəlki illərdə ölkəmizdə keçirilmiş mötəbər idman tədbirləri barədə də danışıb.

Proqramın davamı olaraq, sülhün rəmzi olan “zeytun ağacı” AOK-nin rəsmiləri tərəfində Azərbaycan nümayəndə heyətinə təqdim edilib. Bununla yanaşı, təqdimat mərasimində yunan-Roma güləşçisi, Olimpiya və dünya çempionu Fərid Mansurov, cüdoçu Kəramət Hüseynov və voleybolçu Raziyə Əliyeva da iştirak ediblər.

Daha çox nəsillərin məşəli bir-birinə ötürməsi kimi xarakterizə olunan mərasimdə Fərid Mansurov məşəli Yanez Kojancicə, o isə gənc Raziyə Əliyevaya təqdim edib.

Romaya səfəri çərçivəsində nazir Azad Rəhimov Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi ilə görüşüb. Görüş çərçivəsində Vatikan tərəfindən tezliklə yaradılacaq İdman Assosiasiyası “Atletiko Vatican” ilə əməkdaşlığın qurulması, pontifik mədəniyyət şurasının gənclər təşkilatı, şuranın nəzdində fəaliyyət göstərən Ərəb və İslam Sivilizasiyası Tədqiqi İnstitutu ilə Azərbaycanın elm və təhsil sahəsində əməkdaşlığının təşkili, hər iki ölkənin gənc arxeoloqlarının təcrübə mübadiləsi proqramlarının qurulması məsələləri müzakirə olunub.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO