Mesut Özil Türkiyə və ABŞ-da oynamaq istəyirəm
İngiltərənin “Arsenal” klubunun futbolçusu Mesut Özil tvitterdə azarkeşlərin suallarını cavablandırıb.
Rakus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi uşaqlıq illərində azarkeşlik etdiyi klubun adını açıqlayıb.
Özil Almaniyada yaşayarkən Türkiyənin “Fənərbağça” komandasına azarkeşlik etdiyini bildirib: “Almaniyada hər bir türk ölkənin hansısa komandasını dəstəkləyir. Mənim komandam “Fənərbağça” idi. Klub İspaniyada “Real Madrid”ə bənzəyir, ölkənin ən böyük klubudur”.
Təcrübəli futbolçu karyerasını başa vurmamışdan əvvəl iki ölkədə oynamaq istədiyini vurğulayıb: “Türkiyə və ABŞ-da oynamaq niyyətindəyəm. Türkiyəyə getsəm, sadəcə “Fənərbağça”da oynayacağam”.
Türkiyə mətbuatı Mesut Özilin “Fənərbağça” ilə anlaşdığını yazıb. Onun “Arsenal” klubu ilə müqaviləsi yayda başa çatır.