Mətbuat 24.11.2020 08:35

Mətbuat Şurası Semyon Peqovla bağlı müraciət etdi

Söz və məlumat azadlığının qorunduğu, vətəndaşların öz fikirlərini sərbəst ifadə etdiyi mühitin mövcudluğu demokratizmin mühüm göstəricisidir. Müstəqil Azərbaycan Respublikasında bu, istər hüquqi, istərsə də praktik müstəvidə qəbul edilir. Ölkəmizdə söz və ifadə azadlığına, jurnalistikanın funksiya və vəzifələrinə münasibət qanunvericiliyin tələbləri ilə yanaşı, müxtəlif situasiyaların təhlilinə, etik prinsiplərə əsasən formalaşır. Özünün qabaqcıl jurnalistika ənənələri ilə seçilən Rusiya Federasiyasında da bu kimi məsələlər fundamental əhəmiyyətə malikdir. Ancaq bizi təəccübləndirən bir sıra məqamlar var ki, müraciətimiz onlardan biri ilə bağlıdır. Söhbət “WarGonzo” layihəsinin müəllifi, Rusiya vətəndaşı Semyon Vladimiroviç Peqovdan, daha doğrusu bu şəxsin fəaliyyətindən gedir.

Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının “WarGonzo” layihəsinin müəllifi Semyon Peqovla bağlı Rusiyanın media ictimaiyyətinə müraciətində deyilir.

Qeyd olunub ki, Azərbaycan ictimaiyyəti, o cümlədən media ictimaiyyəti qəbul edir ki, hazırda bütün dünyanın diqqət mərkəzində dayanan Qarabağ münaqişəsi kimi problemə münasibətdə fikir müxtəlifliklərinin mövcudluğu təbiidir.

“İndiyədək ədalətsiz saydığımız çoxsaylı jurnalist məqalələri, reportajlar görmüşük. Ayrı-ayrı siyasi motivlərin aşkar duyulduğu belə yanaşmaları qeyri-obyektiv qiymətləndirsək də, hesab etmişik ki, hər kəsin bizim düşündüyümüz tərzdə düşünməməsi normaldır. Lakin Semyon Peqovun məsələyə yanaşması fikir müxtəlifliyi ilə bağlı bütün kriteriyaları və normaları aşır. O, Azərbaycan qanunlarına zidd şəkildə Qarabağda fəaliyyət həyata keçirməklə yanaşı, malik olduğu internet resursun köməyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına, milli düşmənçiliyin və ədavətin qızışdırılmasına yönələn açıq çağırışlar edir, Azərbaycanın rəsmi qurumları tərəfindən yayılmış məlumatların doğruluğunu əsassız, cəfəng mülahizələrlə şübhə altına alır. Belə yanaşma ümumən Cənubi Qafqaz regionunda davamlı sülhün təminatına, sabitliyin qorunmasına yönələn təşəbbüslərə kölgə salır. Onu da düşünək ki, hazırda bu şəxsin pozmağa çalışdığı sülh və sabitliyin əldə edilməsinə Rusiya dövləti çox ciddi cəhdlə çalışır, vasitəçi missiyasını konkret işi ilə ortaya qoyur.

Semyon Peqovun birtərəfli mövqeyinin, heç bir real fakta əsaslanmayan, təxribatçı düşüncələrinin Rusiyanın nüfuzlu media orqanlarında yayıldığını da görürük. Bu, dərin təəssüf hissi doğurmaqdadır. Bir daha bildiririk ki, onun səsləndirdikləri, irəli sürdüyü iddialar, habelə ona fikir bildirmək üçün yaradılmış şərait söz və ifadə azadlığının, plüralizmin, obyektivliyin göstəricisi sayıla bilməz. Nəzərə alaq ki, Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Belə olan halda yaranan haqlı təəssürat budur ki, jurnalist adı ilə hərəkət edən bir nəfər, konkret olaraq Semyon Peqov kifayət qədər həssas bölgədə düşmənçiliyi yenidən alovlandırmaq niyyəti güdür, münaqişənin bu gün üçün əldə edilmiş ən optimal həllinə qarşı çıxır. Onun spekulyativ mövqeyi təhlükəlidir.

Azərbaycan Mətbuat Şurası və Azərbaycan jurnalistləri Rusiyanın media ictimaiyyətini, media orqanlarını Semyon Peqov adlı şəxsin jurnalistika adı altında gerçəkləşdirdiyi xoşagəlməz fəaliyyətə biganə qalmamağa çağırır. Bildiririk ki, Rusiya cəmiyyətinin müxtəlif təbəqələri Qarabağla bağlı həqiqətləri görmək, düzgün nəticə çıxarmaq üçün kifayət qədər ciddi resurslara, alternativ mənbələrə malikdir. İnanmaq istərdik ki, onlar ədalət axtarmaq istəyirlərsə, məhz bu resurs və mənbələrə üz tutacaq, Semyon Peqov, eləcə də onun kimilərinin konkret siyasi məqsədlərə hesablanmış mülahizələrindən uzaq duracaq, belələrinə münasibətdə ictimai qınaq tədbirlərini artıracaqlar. Əmin edirik ki, bu məsələdəki prinsipiallıq və qətiyyət həm söz və ifadə azadlığından sui-istifadənin qarşısını almaqdır, həm də Qarabağ münaqişəsinə münasibətdə ədalətli yanaşmaya, bütövlükdə Cənubi Qafqaz bölgəsində sülhün, əminamanlığın təminatına mühüm töhfədir. Bu qətiyyət və prinsipiallıq, həmçinin Qarabağ münaqişəsi müstəvisindəki digər ziyanlı tendensiyaların aradan qaldırılmasına yönələn məqsədyönlü müştərək dəstəkdir. Biz, Azərbaycan jurnalistləri olaraq, Rusiyanın mütərəqqi ruhlu media ictimaiyyətini, kütləvi informasiya vasitələrini bu istiqamətdə həmrəyliyə çağırırıq”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO