Mətbuat 22.03.2020 16:28

Mətbuat Şurasının sədri jurnalistlərin fəaliyyətini təqdir etdi

“Koronavirusla mübarizə şəraitində hər birimizdən fədakarlıq tələb olunur. Biz həkimlərimizin fədakar əməyini xüsusi vurğulayırıq. Həqiqətən də onlar gecə-gündüz bilmədən çalışırlar. Təbii ki, digər peşə sahibləri də var ki, onlar koronavirus təhlükəsinin aktual olduğu hazırkı şəraitdə iş başındadırlar. Belə peşə sahiblərindən biri də jurnalistlərdir”.

Rakus.az xəbər verir ki, bu sözləri “Facebook” səhifəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıb.

O bildirib ki, hansısa fərqləndirmə aparmaq istəməzdim, amma bu durumda jurnalist əməyi xüsusi vurğulanmalıdır: “Media təmsilçilərimiz hər yerdədirlər. Koronavirusla mübarizəyə səfərbər olmuş, hər bir əməksevər peşə sahibinin yanında onun işini ictimaiyyətə çatdıran fədakar jurnalist var.

Ümumən jurnalistlər bütün ekstremal durumlarda, çətin zamanlarda hər zaman öndə olublar. Onlar öz yaxınlarını, əzizlərini, doğmalarını düşünmədən peşələrinə sədaqət nümunəsinə çevriliblər. Azərbaycan jurnalistikasının da belə örnək simaları olub. Onların ardıcılları bu günün mübarizə və dirəniş salnaməsini yaradırlar.

Bəli, jurnalistika insanlarımızı yaşamağa, nikbinliyə kökləyən ən başlıca ictimai instrumentdir. Hesab edirəm ki, xəstəxanalar üçün ağ ciyəri hava ilə təmin edən tibbi cihaz nə dərəcədə vacib əhəmiyyət daşıyırsa, hər bir evdəki televizor və ya radio, habelə internet vasitəsilə daxil olduğumuz xəbər saytları da bir o qədər müstəsna önəmə malikdir”.

Ə.Amaşov daha sonra yazıb: “Mən xalqımız və dövlətimiz üçün kifayət qədər həssas olan indiki şəraitdə yorulmadan çalışaraq cəmiyyəti doğru-dürüst məlumatlarla təmin edən jurnalist həmkarlarıma minnətdarlığımı bildirirəm. Ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, jurnalist əməyi müstəsna əməkdir, xüsusi zəhmət tələb edən əməkdir. Koronavirusla mübarizənin ciddiləşdiyi hazırkı vəziyyətdə bu deyimin əyani nümunələrini görürük.

Əziz jurnalistlər, bir daha sizlərə minnətdarlığımı bildirirəm. Özünüzü qoruyun. Uca Tanrı da sizləri qorusun! Allah yar və yardımçınız olsun!”

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO