Gündəm 20.09.2022 16:20

Mətbuatın Əsgəri

Əsgəri ilk dəfə 2000-ci ildə ulu öndər Heydər Əliyevin Gəncə səfəri zamanı görmüşdüm. Yenikənd Su Elektrik Stansiyasının açılışı idi. Ümummilli lider çıxış edirdi, jurnalistlərin suallarını cavablandırırdı. Kənardan bir gənc onun bütün çıxışlarını o dövrə məxsus kasetli diktafona yazırdı.

 

Kim olduğunu soruşmuşdum. “AZƏRTAC”ın müxbiridir” demişdilər. Çox məsuliyyətli işdir, deyə düşünmüşdüm. Heydər Əliyev kimi nəhəng bir siyasətçinin dediklərini dəqiq və təhrifsiz yazmaq gərgin zəhmətlə yanaşı, həm də xüsusi siyasi təfəkkür, geniş dünyagörüşü tələb edir.

O dövrdə notbuklar demək olar ki, yox səviyyəsində idi. Əsgər tədbirlər arası fasilədə diktofona yazdığı çıxışları kağıza köçürməklə məşğul idi. Daima işləyirdi – Yenikənd Su Anbarının divarları qarşısında durarkən, yolda avtobusla Gəncəyə qayıdarkən, “Gəncə” mehmanxanasında Əsgər işləyirdi.

Bunu yalnız Heydər Əliyevin siyasi xəttinə həddindən sadiq adam edə bilər, deyə düşünmüşdüm. Əsgərlə onda yaxından tanış ola bilməmişdim. Adını da bilmirdim. O səfər, o epizodlar yadıma düşəndə, başımda “AZƏRTAC”ın Heydər Əliyevə çox sadiq müxbiri” sözləri canlanırdı.

Yanılmamışdım. Sonradan Əsgərlə “ANSPRESS.COM” saytında birgə işlədik və yaxından tanış oldum. Təpədən dırnağa bir Heydər Əliyev yolçusu olduğu elə ilk söhbətlərindən aydın olurdu. Aradan 12 ildən çox keçsə də, bəzən onun Ulu Öndər üçün darıxdığı sezilirdi. Hərdən Heydər Əliyevlə Avropa səfərlərindən, Tehran sammitindəki görüşlərindən, Ulu Öndərin müdrik tövsiyələrindən bəhs edirdi.

Sonradan həmyerli olduğumuzu öyrəndim. 1972-ci ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. 1988-ci ildə, Qarabağ münaqişəsi ilə bağlı, 16 yaşında ulu Göyçənin bağrından qopub, Bakıya gəlib. 1989-cu ildə Bakıda 99 saylı orta məktəbi bitirib.

Amma bu 50 illik ömründə hər gün sinəsində bir nəhəng Göyçə həsrəti daşıyıb, zaman-zaman Qorqud Ata qopuzunu sinəsinə basıb bu həsrəti ovutmağa çalışıb. Hər bir göyçəli kimi, Əsgər üçün də sazın çırpıntıları o uca dağların ortasında qoyub gəldiyimiz yurdumuzun sinəsində qopan aha bənzəyib.

Otuz illik jurnalistika fəaliyyətində karyera sahəsində peşəkar uğurlar qazanmağı da unutmayıb. 1992-2010-cu illərdə “AZƏRTAC”da müxtəlif vəzifələrdə çalışıb, Baş redaktor və Prezident müxbiri işləyib. “Respublika” qəzetində redaksiya müdiri, “SalamNews” İnformasiya Agentliyində baş redaktor, “anspress.com” portalında redaktor olub. Hazırda “Report” İnformasiya Agentliyində redaktor vəzifəsində çalışır. 2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Jurnalistika fəaliyyətinə görə “Qızıl qələm” mükafatına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib.

Bütün bu illər ərzində Əsgərin qələmi yalnız Azərbaycan dövlətçiliyinə xidmət edib. O, Azərbaycanın dövlət başçılarının – Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dünyanın onlarla ölkəsinə rəsmi səfərlərini işıqlandırarkən də yaradıcılığının ana xəttində dövlətçilik dayanıb.

Bu, Əsgəri yetişdirən İbrahimovlar ailəsinin ruh və bədənlə sadiq qaldığı əsas ana xətdir. Bu ailə Qarabağ savaşına qazi və şəhid vermiş ailədir. Qardaşı Ələsgər İbrahimov qazidir, Birinci Qarabağ savaşında, 1993-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə gözündən və əlindən yaralanıb, 1-ci qrup əlildir.

İkinci Qarabağ müharibəsi də bu ailədən yan keçməyib. 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhidlik zirvəsinə ucalmış jurnalist Məhərrəm İbrahimov Əsgər İbrahimovun kiçik qardaşıdır. Məhərrəm də qardaşı Əsgərin yolu ilə gedərək 2002-ci ildən həyat yolunu jurnalistika ilə bağlayıb, “AZƏRTAC”da hərbi reportyor olub.

İkinci Qarabağ müharibəsi zamanı döyüş bölgəsində, müharibədən sonra isə azad edilmiş ərazilərdə vəzifə borcunu yerinə yetirərkən heç nədən çəkinməyib, qarşısına qoyulan tapşırıqları Azərbaycana, dövlətçiliyə xidmət kimi yerinə yetirib. Vətən qarşısında xidmətlərinə görə Məhərrəm İbrahimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ot kökü üstündə bitər, deyərlər. Evində iki övlad böyüdən Əsgər İbrahimov da onlara ailəsinə məxsus bu dəyərləri – Vətənə, Azərbaycana, dövlətçiliyə bağlılıq hissini aşılayır. Şübhəsiz ki, övladları da Əsgərin yolu ilə gedəcək, tapındıqları bir sevgi ünvanı kimi Azərbaycanı seçəcəklər. Amma Əsgərin Vətən qarşısında xidmətləri də bununla bitməyib.

Bu gün onun 50 yaşı tamam olur. Bu ömrün içində isə ayrıca 30 illik bir jurnalistika həyatı var. O, hələ gəncdir. Ümid edirik ki, o, bizi Vətən qarşısında göstərdiyi xidmətləri ilə hələ çox sevindirəcək. Biz onun uğurlarına hələ çox şahidlik edəcəyik. Buna tam qəlbimlə inanıram.

Çingiz Rüstəmov – tanınmış jurnalist

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO