Təhlil 14.11.2024 21:22

“Ermənistan region ekologiyası üçün “atom bombası”nın işini davam etdirir” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Cənubi Qafqazın yeni Çernobılı: “Metsamor” adlı süjetdə rəsmi İrəvanın “Metsamor” Atom Elektrik Stansiyasının istismar müddətini 2036-cErmənistanı ilə qədər uzatmaq qərarından, bu məqsədlə 2025-ci il dövlət büdcəsindən 150 milyon dolların ayrılması planından bəhErmənistans olunur.

Bildirilir ki, Ermənistanın “Metsamor”la bağlı rəsmi açıqlaması Bakıda dünyanın iqlim problemlərinin müzakirə edildiyi vaxt bütün regionumuz üçün ekoloji fəlakətin davam etdiriləcəyinin etirafı hesab oluna bilər: “COP29 qlobal iqlim fəlakətlərinin qarşısını almaq üçün çıxış yollarının tapılması platformasıdır. Bu platformaya ev sahibliyi edən Azərbaycan 30 ildən çox Ermənistanın ekoloji hücumlarına da məruz qalıb. Qarabağın işğaldan azad edilməsindən sonra 30 il ərzində Ermənistanın törətdiyi və gizlətdiyi ekosid fəlakəti əyani şəkildə ortaya çıxdı. Eyni ssenari – təbiətin məhv edilməsi, bunun şüurlu və məqsədyönlü şəkildə baş verməsi tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda – Ermənistan adlanan ölkədə davam edir”.

Qeyd olunur ki, “Metsamor” AES bunun ən dəhşətli nümunələrindən biridir və bu, Cənubi Qafqazın yeni Çernobılı adlandırılır: “Çünki istismar müddətini çoxdan başa vurmuş AES-in fəaliyyəti bütün çağırışlara baxmayaraq, Ermənistan hökuməti tərəfindən dayandırılmır. Beynəlxalq ictimaiyyət “Metsamor”un bağlanması üçün Ermənistan hakimiyyətinə çağırışlar etsə də Paşinyan hakimiyyəti sələflərindən də irəli gedərək, AES-dən 2036-cı ilə qədər istifadə edəcəyini söyləyir.

Süjetdə diqqətə çatdırılır ki, “Metsamor” AES bütün region ölkələri üçün “atom bombası” təhlükəsini yaradır: “Burada baş verə biləcək sızıntı, yaxud hansısa partlayış təkcə Ermənistanı yox, regionun bütün ölkələrini II Çernobıl təhlükəsi ilə üz-üzə qoyacaq. Azərbaycandan 120, Gürcüstandan 120, Türkiyədən 16, İrandan 60 kilometr məsafədə yerləşən “Metsamor”un hələ də fəaliyyət göstərməsi regionun ekoloji mühitini məhv edir”.

Sonda vurğulanır ki, Ermənistan bütün bu beynəlxalq tələblərə məhəl qoymadan, “Metsamor”un istismar müddətini uzatmaqda israrlıdır: “Bu qərar dünya üçün “SOS” olmalıdır, çünki “Metsamor”un fəaliyyəti regionda eksid təhlükəsini hər keçən gün artırır və bütün regionun ekologiyası üçün “atom bombası” riskini aktual olaraq saxlayır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında noyabrın 14-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO