Sosial 10.01.2020 14:50

Mexaniki sayğacların oxunuşu tamamlanır

Limitin sıfırlanması üçün əhali abonent qrupunun istifadə etdiyi mexaniki sayğacların göstəricilərinin oxunmasına ölkə ərazisində 2020-ci ilin ilk rəsmi iş günündən – yanvarın 7-dən start verilib. “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktorunun göstərişi ilə bütün əlaqədar strukturlar, eləcə də Regional qaz istismarı İdarələri gücləndirilmiş iş rejimində çalışır.

Rakus.az xəbər verir ki, İB-dən verilən məlumata görə, birliyin əməkdaşlarının fiziki olaraq qeydə aldığı sayğac göstəriciləri toplanılaraq gün ərzində mərkəzi aparatın abonent bazasına yerləşdirilir.

Məlumata əsasən, yanvarın 8-nə 35 %, yanvarın 9-na isə 72 % sayğac göstəriciləri ümumi bazaya yerləşdirilib. Yanvarın 10-u saat 11:00-dək 970 mindən çox sayğac üzrə məlumatları toplamaq mümkün olub.

“Bu gün, yanvarın 10-da saat 14:00-dək bütün mexaniki sayğacların göstəricilərinin oxunuşu yekunlaşdırılacaq. Həmin vaxtdan etibarən bu tip sayğaclardan istifadə edən əhali abonent qrupu 2020-ci il üçün nəzərdə tutulan imtiyazlı 2200 kubmetr (başqa sözlə 220 AZN) qaz həcminin hər kubmetrinə görə 10 qəpik tarifi ilə ödəniş etmək imkanı əldə edəcəklər”, – məlumatda qeyd edilir.

Xatırladaq ki, bu prosesdə hər hansı vaxt itkisi yoxdur. Hər bir abonent 2200 kubmetrlik güzəştli qaz həcmindən bir il müddətinə istifadə edəcək. Mexaniki sayğac istifadəçilərinin bu limitdən istifadə müddəti 2021-ci ilin yanvar ayının 10-dək (365 gün) qüvvədə olacaq. Smart-kart tipli sayğaclarda isə 2019-cu il 31 dekabr gecə saat 00:00-dan etibarən limit sıfırlandığından bu sayğaclardan istifadə edən əhali qrup abonentləri artıq 2020-ci il yanvar ayının 01-dən sözü gedən güzəştli qaz həcmindən istifadəyə başlayıblar.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO