Emin Milli Meydan TV-nin direktoru vəzifəsindən istefa verib. Bu barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazan Emin Milli bunu bir postda uzun müddət qalmağı düzgün saymadığını bildirib. O, bundan sonra iş axtaracağını, yaxud yeni bir layihə üzərində çalışacağını qeyd edib.
Rakus.az xəbər verir ki, artıq Meydan TV-yə kimin rəhbərlik edəcəyi məlum olub. Bu vəzifəyə kanalın əməkdaşı Camal Əli seçilib. Bu barədə o, sosial şəbəkədə yazıb.
Xatırladaq ki, Camal Əli 1987-ci ildə Bakıda anadan olub. 2007-ci ildə H.O.S.T rep qrupunda repçi kimi fəaliyyət göstərib. 2008-ci ildə qrupu tərk edib. 2012-ci ilin martın 17-də Bakıda mitinqdə həbs olunub. Azadlığa buraxıldıqdan sonra Azərbaycanı tərk edib. Hazırda Berlində yaşayır.