Müsahibə 29.11.2019 10:43

Meydanda xəyalımdakı “Qarabağ”ı görmədim – Tahir Gözəl

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Sevilya” ilə oyunundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb.  

– Qarşımızda nəhəng klub var idi. Başa düşürəm, bizimkilər də dəqiq oynamaq istəyirdi. Birinci hissədə pis deyildik. Amma ikinci hissənin ilk 20 dəqiqəsində çox zəif oynadıq. Sanki inamımızı itirmişdik. Halbuki mən daha inamlı olacağımızı ehtimal edirdim. Onları qapımıza yaxın buraxmaq olmazdı. Əlbəttə ki, oradan qol vura bilərdilər. Üzüldüm. Daha təhlükəli rəqib kimi görünəcəyimizə inanırdım. Bu gün çox passiv idik.

– İlk hissə 0:0 başa çatdıqdan sonra ikinci hissə üçün inamınız artmışdı?

– İkinci hissədə birincidəki kimi oynasaydıq, yaxşı olardı. Məncə, ikinci hisəsəyə zəif başladıq. Bu gün bəlkə də bərabərlik üçün oynadıq və səhvimiz də bu idi. Ancaq əlbəttə ki, nəhəng kluba qarşı oynadıq. “Qarabağ”ın ifasında gözəl oyun görmədim. Məni məyus edən bu oldu.

– Dünən demişdiniz ki, qorxaq oyun yox, hücum futbolu göstərməliyik…

– Bəli. Amma arzuma çatmadım. Bu, həqiqətdir. Ancaq istənilən halda “Sevilya” kimi komandaya 0:2 hesabı ilə uduzmaq normaldır. Amma meydanda xəyalımdakı “Qarabağ”ı görmədim.

– Avropa Liqası artıq sizin üçün bitdi. Necə şərh verəcəksiniz?

– Bəli, bitdi. Biz bu qrupdan çıxmalıydıq. Tarixi fürsət var idi. Pis də oynamadıq. APOEL-lə oyunları xatırlayanda insan üzülür. Çünki pis oynamadıq. Qrupdan çıxmağa layiq idik. Sadəcə bəxtimiz gətirmədi.

– Sizcə, harda bitdi bu şans, Nikosiyada?

– Mən Sevilyada da ümidli idim. İlk 45 dəqiqədən sonra ikinci hissəyə daha inamlı çıxacağımızı düşündüm. Amma arzuladığımız oyunu oynamadıq.

– Sizcə, bu, indiyə qədərki ən münasib qrup deyildi?

– Bizim üçün tarixi fürsət idi. Ən yaxşı fürsət idi.

– Baş hakim çox fit vermirdi?

– Xeyr, elə şey hiss etmədim. Oyunumuzda qısamüddətli hərəkətlilik oldu. Əgər bunu edə biliriksə, niyə 5 dəqiqə, amma 15 dəqiqə deyil? Onsuz da hesabda geridə idik. Ən azından heç-heçə gözləyirdim. Məncə, 0:1-dən sonra 0:4-ün də fərqi yoxdur. Qurban Qurbanov deyiləm, peşəkar məşqçi də deyiləm. Mən sadəcə emosional fanatam. (qol.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO