Siyasi 26.12.2019 10:28

Məzahir Pənahov vətəndaşlara müraciət etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin nəticələrindən narazı qalan şəxslərə müraciət edib.

Rakus.az xəbər verir ki, MSK sədri bildirib ki, Seçki Məcəlləsinin tələbinə görə məntəqələrdə baş verən hadisələrlə bağlı narazılıq olanda hökmən dairə seçki komissiyalarına müraciət edilməlidir:

“Əgər müraciət edənlər dairə seçki komissiyalarının qərarlarından narazı olsalar, bu zaman onlar Mərkəzi Seçki Komissiyasına müraciət edə bilərlər. Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlər Seçki Məcəlləsinin tələbinə görə ilkin baxış üçün bizim qərarımızla dairəyə qaytarılacaq. Çünki başqa hal olsa, o, hüquqi gücə malik olmaz. Qanunvericiliyin tələbi budur. Mərkəzi Seçki Komissiyasına göndərilən müraciətlər səsvermə günü və səsvermədən sonrakı müddətdə əgər biz ona bir gündə baxmalı idiksə, artıq indən sonra daxil olan müraciətlərə 2-3 gün müddətində baxırıq. Ona görə biz də istəmirik ki, vətəndaşlarımızın etdiyi müraciətlərə baxılması məsələsi uzansın. Bunun üçün bir daha müraciət edirəm ki, məntəqələrdə baş verən xoşagəlməz hallar olduğu iddiasındasınızsa, o zaman gecikmədən dairə seçki komissiyalarına müraciət edin. Ola bilər ki, sizin Mərkəzi Seçki Komissiyasına etibarınız daha çoxdur deyə, müraciətləri birbaşa bizə göndərirsiniz. Amma prosesin həyata keçirilməsi qaydası var”.

M.Pənahov vurğulayıb ki, MSK-nın üzvləri hazırda səsvermə günü sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması ilə məşğuldur: “Biz bu və digər hallarla bağlı yaxın günlərdə qərarlar qəbul edəcəyik. Əgər məntəqələrdə baş verən pozuntular öz təsdiqini tapsa, bununla bağlı aidiyyəti şəxslər cəzalarını alacaqlar. Biz bəzi hallarda məntəqə seçki komissiyalarının səsvermənin nəticələri ilə bağlı qərarlarını ləğv edə bilirik. Yəni hesab edilir ki, orada seçkilər yenidən keçirilməlidir. Ona görə də vətəndaşlarımız narahat olmasınlar. Biz qanunvericiliyə uyğun şəkildə bütün müvafiq addımları atacağıq”.(report.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO