Mədəni 16.10.2019 15:27

QARADAĞ: Mikayıl Müşfiqin adını daşıyan park yenidən quruldu - FOTO

Müşfiqabad qəsəbəsində yerləşən Mikayıl Müşfiqin abidəsinin və  adını daşıyan parkın açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədəbi ictimaiyyətə göstərdiyi diqqət və qayğının davamı olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə adını daşıdığı Müşfiqabad qəsəbəsində təxminən 30 il əvvəl qoyulmuş müasir tələblərə və standartlara cavab verməyən büst, bu gün ağ mərmərdən olan və Mikayıl Müşfiqin özünə yaraşan yeni büstlə əvəz olunmuş, parkda isə abadlıq və yenidənqurma işləri aparılmışdır. Şairin adını daşıyan parkın sahəsi xeyli genişləndirilmiş və şairin yeni tərtibatda abidəsi qoyulmuşdur.

Rakus.az xəbər verir ki, abidənin açılış tədbirində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli məclisin deputatı Mixail Zabelin, Milli məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, tanınmış alimlər, incəsənət xadimləri, Mikayıl Müşfiqin qohumları, qəsəbə sakinləri və digər qonaqlar iştirak etmişdir.

Açılış mərasimində çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Mikayıl Müşfiqin Azərbaycan poeziyasında, Azərbaycan dilinin inkişafında böyük rol oynamış şairlərimizdən biri olduğunu söyləmişdi. Daha sonra qeyd etmişdir ki, açılış tədbiri 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günü ərəfəsinə təsadüf edir. Bu gün Azərbaycan müstəqil dövlətdir və Mikayıl Müşfiqin bütün arzuları həyata keçmişdir. Xalqının azadlığı, ideyaları uğrunda ölümə gedən Mikayıl Müşfiqin ruhu şaddır. Ümummilli lider Heydər Əliyevin Müşfiq şəxsiyyətinə dərin hörmətlə yanaşmış, onun adına qəsəbə, məktəblər, küçələr salınmış, ölkəmizin müxtəlif bölgələrində abidələri ucaldılmışdır. Bu gün dövlət başçısı, möhtərəm prezidentimiz İlham Əliyev bütün sahələr kimi ədəbiyyat, incəsənət sahəsinə böyük diqqət və qayğı göstərir, bu sahədə böyük intibah yaşanır. Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin bütün dünyada təbliğatında göstərdiyi xidmətlər əvəzolunmazdır. Dövlətimiz gün-gündən hərtərəfli inkişaf edir və buna görə də hər birimiz dövlət başçısına minnətdarıq.

Milli məclisin deputatı Aydın Hüseynov isə öz çıxışında demişdir,  Mikayıl Müşfiqin yubileyləri dövlət başçısının sərəncamları ilə qeyd edilir. 2008-ci ildə 100 illiyi, 2018-ci ildə isə 110 illik yubileyi Qaradağ rayonunda təntənə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflər siyahısına daxil edilmişdir.
Daha sonra əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, aparıcı Qafar Əsgərzadə, qonaqlardan “Şöhrət” ordenli əməkdar müəllim Ofelya Babayeva, professor, kulturoloq Fuad Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy və digərləri Mikayıl Müşfiqin milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyalarının təşəkkül tapması uğrunda mübarizə aparmasından söhbət açmışlar.

Mikayıl Müşfiqin “Oxu tar”, “Sındırılan saz”, “Yenə o bağ olaydı”, “Ana” kimi ölməz şeirləri xalqın yaddaşına əbədi həkk olunmuş və ölümündən 80 ildən artıq vaxt keçməsinə baxmayaraq bu gün də dillər əzbəridir. Xalq artisti Nürəddin Mehdixanlı Mikayıl Müşfiqə həsr etdiyi şeirini söyləmiş, Xalq artisti Zaur Rzayev “Oxu tar” mahnısını ifa etmişdir. Müşfiqabad qəsəbəsində yerləşən 274 nömrəli tam orta məktəbin şagirdləri Mikayıl Müşfiqin şerlərini söyləmişdilər.

Sonda Mikayıl Müşfiqin ailə üzvləri adından Dilbər Axundzadənin qızı Leyla Axundzadə şairin ruhuna göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Sonda xatirə şəkili çəkilmişdir.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS