Mədəni 24.12.2019 13:25

Milli İncəsənət Muzeyində mükafatlar təqdim olundu - FOTO

Dekabrın 24-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirilib.

Mtv.az xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqətdir. Mədəniyyətimiz dünyada tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olub.

Yola salmağa hazırlaşdığımız 2019-cu ildə mədəniyyət sahəsində qazanılan uğurlardan söz açan Ə.Qarayev deyib: “Bu il bütün sahələrdə olduğu kimi ölkəmizin mədəni həyatında da mühüm hadisələrlə yadda qalıb. Belə ki, bu il iyunun 30-dan iyulun 10-dək ölkəmiz UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edib və bu mötəbər tədbirdə Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayı təşkilatın siyahısına salınıb. Bunlar müstəqilliyimizin bizə bəxş etdiyi imkanlar nəticəsində mümkün olub”.

Nazir qeyd edib ki, mükafatların 24 dekabr tarixində – Prezident İlham Əliyevin doğum günündə təqdim edilməsi ikiqat bayram ovqatı yaradır: “Bu gün Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünya səviyyəsində nümunəyə çevrilib, regionun qabaqcıl dövlətləri sırasındadır. Dövlət tərəfindən göstərilən qayğı yaradıcı insanların fəaliyyətinə stimul verir”.

Sonra mükafatlar təqdim edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şöhrət” ordeni, “Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu”, “Tərəqqi” medalı, “Xalq artisti” və “Əməkdar artist” fəxri adları ilə təltif olunanlara fəxri adlar və onların vəsiqələri təqdim olunub.

Mükafat alanlar Prezident İlham Əliyevin doğum günündə onlara təqdim edilən mükafatın ikiqat bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar. Ölkəmizdə mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıdan söz açaraq ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Sonda nazir Əbülfəs Qarayev ölkəmizin tərəqqisi və təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzulayıb və orden, medal və fəxri adları aşağıdakı şəxslərə təqdim edib:

“Şöhrət” ordeni

Quliyev Nurəddin Əzulla oğlu – Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Məlik Ramiz Ağarza oğlu – Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Adıgözəlov Yalçın Vasif oğlu – dirijor

“Xalq artisti”

Ağayeva Tünzalə Qabil qızı – estrada müğənnisi

Mirbabayev Mir Yusif Mir Heydər oğlu – estrada müğənnisi

Nəcəfova Röyalə Yaqub qızı – estrada müğənnisi

Abdullayev Kazım Ənvər oğlu – Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Nurzadə Əli Qayıb oğlu – Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

“Əməkdar artist”

Abdullayev Mətləb Fətəli oğlu – Akademik Milli Dram Teatrı, dram artisti

Babayeva Əminə Ağahüseyn qızı – Akademik Milli Dram Teatrı, dram artisti

Bəxtiyarov Rəşad Bəhram oğlu – Akademik Milli Dram Teatrı, dram artisti

Qarayev Elnar Cəfər oğlu – Akademik Milli Dram Teatrı, dram artisti

“Tərəqqi” medalı

Ağaverdiyeva Məsməxanım Aslan qızı – Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Atakişiyeva Mətanət Ağazair qızı – Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Əliyeva Münəvvər Sabir qızı – Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Həsənov Rafael Vaqif oğlu – Akademik Milli Dram Teatrı, işıq üzrə rəssam

Quliyev Elxan Əli Bala oğlu – Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Məmmədov Elnur Mehrəli oğlu – Akademik Milli Dram Teatrı, bədii rəhbərin truppa üzrə köməkçisi

Məmmədov Hacıbaba İsmayıl oğlu – Akademik Milli Dram Teatrı, direktor müavini

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”

Cəfərova Bəsti Əli qızı – Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Əsədova Məleykə Əlifağa qızı – Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Mustafayeva Laləzar Bəşir qızı – Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Novruz Ramiz Qəvvam oğlu – Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO