Siyasi 17.01.2025 12:40

“Minsk qrupunun və həmsədrlik institutunun ləğvi hədəflənən məsələlər sırasında dayanır” – AÇIQLAMA

Ermənistanın “Hrapark” nəşrinin yazdığına görə Baş nazir Nikol Paşinyan bildirib ki, bu ilin yayınadək ATƏT-in Minsk qrupu ləğv oluna bilər.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyevin bununla bağlı Rakus.az-a verdiyi açıqlamada deyib ki, mandatını və funksiyasını  de-fakto itirmiş Minsk qrupunun və həmsədrlik institunun de-yure ləğvi zərurətdir: “Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsasında, BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad etməklə 30 illik işğala son qoydu, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Münaqişə həll edildi. Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyır və bu bir neçə dəfə bəyan olunub. Şərti dövlət sərhədinin delimitasiya və demarkasiya üzrə dövlət komissiyası fəaliyyət göstərir. Azərbaycan Respublikasının beynəlxalq hüquqa uyğun və beynəlxalq humanitar hüquqa riayət edilməklə döyüş meydanında əldə etdiklərininn diplomatik müstəvidə təsdiqinin davamı 2025-ci ilin əsas fəaliyyət prioritetlərindəndir. Bu mənada Ermənistanla sülh müqaviləsinin açıq qalan müddəaları üzrə danışıqların davamı, həmçinin şərti dövlət sərhədində delimitasiya və demarkasiya məsələlərinin davam etdirilməsi 2025-ci ildə Azərbaycan hökumətinin fəaliyyət istiqamətlərini təşkil edir. 1990-ci illərdə işğal edilmiş Qazax rayonunun 4 kəndinin 2024-cü ildə sülh yolu ilə Azərbaycana qaytarılması nəticəyönümlü danışıqlar üçün müəyyən ümidlər yaradır. Bu kontekstdə xarici siyasət müstəvisində nail olunması hədəflənən məsələlər sırasında 1992-ci ilin martında ATƏM tərəfindən təsis edilmiş və Şanlı Zəfərimiz nəticəsində funksiyasını itirmiş Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun və həmsədrlik institunun ləğvi öndə dayanır. ATƏT-in Minsk qrupu ilə yanaşı, ATƏT çərçivəsində digər mexanizmlərin – Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi funksiyasız strukturların artıq rəsmi qaydada ləğv edilməsi aktual məsələdir”.

Deputat söyləyib ki, bunu həm obyektiv siyasi, həm də hüquqi reallıqlar diktə edir: “Minsk qrupunun məşğul olduğu predmet 2023-cü ilin sentyabrından tamami ilə aradan qalxmışdır. De fakto mandatını itirmiş mexanizmlərin, keçmiş münaqişəni hansısa formada aktuallaşdıracaq qədər siyasi çəkisi olmasa da, hər hansı manipulyasiya üçün sui-istifadə edilmək və ya lüzsumsuz təzyiq aləti kimi gündəmə gətirilmək potensialı qalır. Bu məsələnin hüquqi baxımından məntiqi sonluğa çatdırılması üçün Ermənistanın göstərəcəyi praqmatik yanaşma çox vacibdir. Bu məsələ ATƏT çərçivəsində onun qaydalarına görə konsensusla həll edildiyinə görə, formal olaraq Ermənistanın da razılığı tələb olunur”.

Onun sözlərinə görə, Azərbaycan bu məsələlərin həllinə nail olmaq üçün Ermənistan və yaxud həmsədr ölkələrlə ikitərəfli formatla yanaşı, çoxtərəfli formatda da fəaliyyət aparır. ATƏT-ə də təzyiqlərini müxtəlif formalarda, illik üzvlük haqqının ödənilməməsi və s. formalarda da davam etdirir. Funksiyasını itirmiş mexanizmləri maliyyələşdirməyə davam edən struktura nəyə görə üzvlük haqqı ödənilməlidir? 2020-ci ilin 9 noyabrından sonra bu məsələni qəti və prinsipial qoyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif siyasi-diplomatik müstəvilərdə dəfələrlə gündəmə gətirib. Prezident hələ ötən ilin fevralında Münxendə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının Xarici, Avropa işləri və ticarət naziri İan Borqunla Münxen Təhlükəsizlik Konfransı çəriçivəsində keçirdiyi görüşdə də bu tələbləri qəti şəkildə səsləndirib. Aktual olaraq, cari il yanvar ayının 7-də Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də Ermənistanın ATƏT-in Minsk qrupundan imtina etməli olduğunu vurğulamışdı”.

Milli Məclisin üzvü diqqətə çatdırıb ki, Ermənistan məsələyə son vaxtlar prinsipial olaraq müsbət tonlu mövqe sərgiləsə də ziddiyyətli yanaşma məsələni çətinləşdirir: “2024-cü ilin dekabrında Ermənistanın Baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevin Minsk Qrupunun ləğvi ilə bağlı yanaşmasını “konstruktiv yanaşma” adlandırması və “1994-cü ildən (ATƏT çərçivəsində – R.N.) danışıqların Qarabağın Azərbaycana qaytarılması üzrə aparıldığı” barədə açıqlaması da Minsk Qrupunun ləğv olunmasına zəmin hazırlanması kimi şərh oluna bilər. Onun “əgər münaqişə yoxdursa, münaqişənin həlli ilə məşğul olan formatın olmasının nə mənası var?” sözləri bu pozitiv ehtimalı gücləndirir”.

R.Nəbiyev vurğulayıb ki, 2025-ci il yanvarın əvvəlində Nikol Paşinyan Azərbaycanla sülhün bərqərar olması ilə bağlı müxtəlif təkifləri, o cümlədən Minsk qrupunun buraxılmasını özündə ehtiva edən təkliflə çıxış edib: “Bir neçə gün öncə isə Ermənistan Baş nazirinin mətbuat katibinin öz sosial şəbəkə hesablarında “Ermənistan Minsk Qrupunun buraxılması ilə bağlı ATƏT-ə müraciət etməyi nəzərdən keçirir” paylaşımı da bu qənaəti bir az da gücləndirir. Ermənistan parlamentinin spikeri Alen Simonyanın mövzu ilə bağlı açıqlaması isə Azərbaycanın mövqeyinə ziddiyyət təşkil edir. Belə ki, erməni spiker Minsk Qrupunu ləğvini sülh sazişi imzalanmasından sonra baş verə biləcəyin qeyd edərək, sülh sazişi imzalanandan ona ehtiyac qalmayacağını və mənasını itirəcəyini bildirib. Təbii ki, ATƏT-in keçmiş münaqişə bağlı mexanizmlərinin ləğvi sülh müqaviləsi imzalananadək baş verməlidir. Azərbaycan qəti və haqqlı mövqeyi dəyişməz olaraq qalır. Bu addım Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadı artırar, digər məsələlər üçün uğurlu zəmin kimi qəbul edilə bilər. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də Ağdamın işğalı günü səsləndiyi irqçi və faşist ideologiyasına xidmət edən və etnik təmizləməyə haqq qazandıran açıqlamaları bir daha sübut etdi ki, Azərbaycan tələblərində Ermənistana malik olduğu işğalçı keçmişə görə tam haqlıdır”.

 

XƏBƏR LENTİ
Siyasi / 17.01.2025 12:40
“Minsk qrupunun və həmsədrlik institutunun ləğvi hədəflənən məsələlər sırasında dayanır” – AÇIQLAMA
Təhlil / 16.01.2025 22:48
“Azərbaycanlı qaçqınlar Paşinyanla danışıqlar üçün İrəvana gedə bilər” - FOTO - VİDEO
Siyasi / 16.01.2025 16:15
Deputatdan açıqlama: “Azərbaycan Minsk qrupunun ləğvini tələb edir”
Mətbuat / 16.01.2025 14:46
Mərdlik və milli iradə – xalqın qəhrəmanlıq rəmzi
Siyasi / 16.01.2025 13:45
“Əliyev Paşinyandan vaxt tələb edir” – ANONS - VİDEO
Mətbuat, Təhlil, Video müsahibə / 16.01.2025 10:03
ABŞ və Ermənistan arasındakı xartiyanın pərdəarxası məqamları - FOTO - VİDEO
Mədəni / 15.01.2025 22:26
“Qədim xristian Udi- Alban icması bu gün ermənilər üçün böyük bəladır” - FOTO - VİDEO
Mədəni / 15.01.2025 13:22
“Alban əlifbası erməni yazısından qədimdir“ – ANONS - VİDEO
Siyasi, Sosial / 14.01.2025 22:25
Alatala, Alaçıq daş, Alaçıq qaya, Alacan, Albalaxaç – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Siyasi / 14.01.2025 18:31
“Əgər yaxın gələcəkdə Ermənistan beynəlxalq hüququn tamhüquqlu subyektinə çevrilərsə, sülh olacaq” - VİDEO
Təhlil / 14.01.2025 14:52
Bitən Bayden erası – ABŞ-ın Ermənistan aləti – TƏHLİL
Siyasi, Sosial / 14.01.2025 14:20
Beş tarixi məkanda silinməyən türk möhürü – ANONS - VİDEO
Müsahibə / 14.01.2025 13:35
Sülh sazişinin taleyi necə olacaq? – ANONS
Müsahibə / 13.01.2025 22:19
“Əsas vəzifələrimizdən biri də erməni yalanlarını beynəlxalq səviyyədə ifşa etməkdir” - FOTO - VİDEO
Mədəni, Sosial / 11.01.2025 22:51
“Ermənilərin üç dəfə dağıtdığı Terp kəndində qız toyu olmurdu” - FOTO - VİDEO
Mədəni / 11.01.2025 13:35
“Xarabalığa çevrilən Terpin tarixi – ANONS - VİDEO
Siyasi, Sosial / 10.01.2025 22:57
“Ruslar 1988-ci ilin yayında bizi maşınlara doldurub Araz çayının qırağına tökdülər” - FOTO - VİDEO
Siyasi / 10.01.2025 19:13
Rizvan Nəbiyev Bağdadda APA-nın iclasında iştirak edir 
Təhlil / 10.01.2025 16:49
General Prezident seçildi – regionda İran hakimiyyəti sıxışdırılır – TƏHLİL
Müsahibə / 10.01.2025 16:04
“Qərbi Azərbaycana qayıdışla bağlı erməniləri şok sürprizlər gözləyir” - FOTO
Mətbuat / 10.01.2025 14:59
Şuşadan, Xankəndidən sonra yeni başlanğıc – MƏQALƏ
Siyasi, Sosial / 10.01.2025 13:22
“Şirazlının son şahidi – Simuzər Əhmədovanın “Həyat Hekayəsi” – ANONS
Siyasi / 10.01.2025 12:16
“Ermənistan Fransa tərəfindən yeni müharibəyə sürüklənir” - FOTO
Təhlil / 10.01.2025 10:01
Paşinyanın Qərbi Azərbaycan xofu – TƏHLİL
Siyasi, Təhlil / 09.01.2025 22:56
“Paşinyan son bir ildə bu məsələni Əliyevlə bir neçə dəfə qapalı görüşlərdə müzakirə edib” - VİDEO
Təhlil / 09.01.2025 17:21
Trampın istəyi – Kanada 51-ci ştat olacaqmı? – TƏHLİL