Elm və təhsil 14.04.2020 16:35

Mir Cəlal adına 2-ci hekayə müsabiqəsi

Ötən ilin noyabr ayında “Ədibin Evi”nin elan etdiyi Mir Cəlal adına ikinci hekayə müsabiqəsinə hekayələrin qəbulu aprel ayının 1-dək planlaşdırılsa da, mövcud qlobal pandemiya vəziyyəti ilə əlaqədar müsabiqənin müddəti uzadılıb. Belə ki, müsabiqədə iştirak etmək istəyənlər mayın 1-dək hekayələrini təqdim edə bilərlər.

Rakus.az xəbər verir ki, “Ədibin Evi”ndən verilən məlumata görə, artıq müsabiqəyə 7 dildə 450-dən artıq hekayə qəbul edilib. Müsabiqə iştirakçıları arasında məktəblilər, müəllimlər, əcnəbilər, həvəskar və peşəkar yazıçılar da var. Eyni zamanda, son bir ay ərzində qəbul edilmiş hekayələrin bir çoxunda koronavirus problemi, Azərbaycan həkimlərinin belə çətin dövrdəki fəaliyyəti öz əksini tapıb.

“Ədibin Evi” maraqlanan şəxsləri müsabiqədə iştiraka dəvət edir. Müsabiqənin qayda və şərtlərinə görə hekayənin həcmi 1500 (min beş yüz) sözdən çox olmamalıdır. Hekayələrin məzmunu və yazıldığı dil ilə bağlı məhdudiyyət yoxdur. Çap olunmuş hekayələr qəbul edilmir. Hekayələr elektron şəkildə [email protected] ünvanına 2020-ci il mayın 1-dək göndərilməlidir.

Qaliblər Xalq yazıçısı Elçinin sədrliyi ilə peşəkar yazıçı və ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və koronovirusla bağlı mövcud vəziyyət aradan qalxdıqdan sonra mükafatlandırılacaqlar.

Birinci yerin qalibinə 3 min, ikinci yerin qalibinə (iki mükafat) 2 min, üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat pul veriləcək.

Qeyd edək ki, Mir Cəlal XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin başladığı hekayəçilik ənənələrinin ən uğurlu davamçısı kimi Azərbaycan ədəbiyyatında kiçik hekayə ustası adını qazanmışdır. “Ədibin Evi” hekayə janrının inkişafına töhfə vermək məqsədilə hər iki ildən bir Mir Cəlal adına hekayə müsabiqəsi təşkil edir.

2017-ci ilin sentyabr ayında elan olunmuş birinci hekayə müsabiqəsinə 165-i məktəbli, 20-si əcnəbi vətəndaş olmaqla 389 nəfər iştirakçı tərəfindən 6 dildə hekayə təqdim edilmişdir. Qaliblər 2018-ci ilin may ayında “Ədibin Evi”ndə mükafatlandırılmışlar.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO