Sosial 27.06.2019 12:33

Mirhəşimli Niderlandda Azərbaycanı təmənnasız təbliğ edir - FOTO

 

Onu çoxdan tanıyıram, uşaq yaşlarından. Yaxınlıqdakı məhəllədə yaşayırdı. Mədəni, tərbiyəli bir yeniyetmə kimi qonşular arasında hörmət qazanmışdı. Səliqəli geyinməyi, özünə fikir verməyi xoşlayırdı. Sonradan atalarımız başqa bir mikrorayonda, eyni binada mənzil alsalar da onunla nadir hallarda görüşərdik. Səhv etmirəmsə, ailə qurduqdan sonra Bakıda məskunlaşmışdı. Bu yaxınlarda xəbər tutdum ki, on səkkiz ildir Nederland Krallığında yaşayır. Azərbaycan naminə xeyli işlər görüb…

Haqqında söhbət açdığım Elxan Mirhəşimli 1966-cı ildə Qubadlı rayonunda doğulsa da, üç aylıq körpə olanda valideynləri ilə Sumqayıta köçüb. Səkkizinci sinifədək şəhərin 14 nömrəli məktəbində oxuyub, orta təhsilini isə 27 nömrəli məktəbdə başa vurub. 1983-1991-ci illərdə indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin axşam şöbəsində ali təhsil alıb. Eyni zamanda, 1984-1991-ci illərdə Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyində çalışıb. Arada iki il əsgəri xidmətini keçib. 1991-2001-ci illərdə isə bizneslə məşğul olub…

…Ömür-gün yoldaşı Lətifə xanım ixtisasca mühəndisdir. Üç övladı vardır. Böyük oğlu Mirələkbər 28, qızı Mədinə xanım 27, üçüncü övladı Aidə xanım isə 13 yaşındadırlar…

O, 2001-ci ildən ailəsi ilə birlikdə Niderlandda yaşayır. 2002-ci ildən ictimai fəaliyətlə məşğul olur. 2013-cü ildən “Niderlandda Azərbaycan Mədəniyyət Evi” təşkilatını yaradıb. Bir neçə idir ki, Azərbaycan mədəniyyətini, tarixini, mətbəxini, dilini bu ölkədə təbliğ edir. Azərbaycanın ağrılı yeri olan Qarabağ həqiqətlərini avropalılara çatdırmağa çalışır. 2015-ci ildə Niderlandın Frisland bölgəsinin Bilds bələdiyyəsində “Xocalıya ədalət” konfransının keçirilməsinə nail olub. Niderlanddın Herenven şəhərində isə “Xocalıya ədalət” fotosərgisini təşkil edib. Brüsseldə, Haaqada Ermənistan səfirlikləri qarşısında etiraz mitinqlərinin təşkilində yaxından iştirak edib. Tez-tez yerli siyasi partiyaların rəhbərləri ilə görüşüb ölkəmizə qarşı ikili siyasət yürütdüklərinə etirazını bildirir. Bütün bunlar onun Azərbaycan naminə gördüyü işlərin bir hissəsidir. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsindən maliyələşən, amma təşkil etdikləri tədbirləri öz adlarına çıxan bəzi soydaşlarımızdan fərqli olaraq o, həyata keçirdiyi tədbirlərin hər birini öz maddi vəsaiti hesabına ərsəyə gətirib. Və heç bir vaxt xidmətlərinə görə dövlətdən təmənnası olmayıb…

Arzuları çoxdur. Qarabağın tezliklə işğaldan azad olunması arzularının ən böyüyüdür. Övladlarının yüksək təhsilə yiyələnməsini istəyir. Şahmat oynamağı xoşlayır. Torpaqla ünsiyyətdə olmaqdan yorulmur. Evinin həyətyanı sahəsində xeyli meyvə ağacları, qızıl gül kolları əkib. Ağaclarda alma, armud, gilas meyvələrini, tənəklərdə yetişən üzüm salxımlarını göstərib, bütün bunlardan zövq aldığını dilə gətirir…

Bir sözlə, bu dəfəki söhbətimin qəhrəmanı uşaqlıq illərində necə saf, səmimi, mehriban, vətənpərvər idisə, hələ də həmin keyfiyyətləri özündə qoruyub saxlaya bilib.
Bu gün, iyunun 27-si Azərbaycanı canı qədər əziz bilən bu gözəl insanın doğum günüdür. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat, Azərbaycan naminə gördüyü işlərdə səbr, əzmkarlıq və uğur arzulayıram.
Heç bir təmənna güdmədən, qürbətdə yaşayaraq özünü Azərbaycana həsr edən soydaşlarımıza Tanrı yar olsun!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO