Təhlil 05.06.2024 15:51

Mirzə Cəlilə rəhmət oxutduran Baqrat – yada düşən Şeyx Nəsrullah – TƏHLİL

Ermənistanın siyasi səhnəsində üç rol var – iqtidar, müxalifət və kilsə. Demokratik cəmiyyətlərdə, ölkələrdə iqtidar və müxalifət olur. Ancaq bu ölkədə bir çox məsələlər hələ də başayaq vəziyyətdədir.

İqtidar, yəni Nikol Paşinyanın başçılıq etdiyi hökumət hələ də çıxış yolu tapmaqda çətinlik çəkir, Azərbaycanla münasibətlərin normallaşması üçün üzərinə götürdüyü öhdəliklərə əməl etməmək üçün daim müxtəlif bəhanələr gətirir.

Rəsmi İrəvan ölkənin təcavüzkar, işğalçı mahiyyətli konstitusiyasına yenidən baxıb günün tələblərinə uyğunlaşdırmaqdansa, Azərbaycanın da öz əsas qanununa nəzərə yetirmək istədiyini iddia edir. Yaxud “Türkiyənin Ermənistandan heç bir tələbi yoxdur” deməklə iqtidar nümayəndəsi saxtakarlıq edir.

Müharibədən üç il yeddi aya yaxın vaxt keçib. Ermənistan hakimiyyəti atəşkəs bəyanatında üzərinə götürdüyü öhdəliklərə hələ də əməl etmir. Rəsmi Bakı qarşı tərəfə bir neçə dəfə sülh təklifi irəli sürüb. Ermənistan iqtidarı da özünü işgüzar göstərmək məqsədi ilə Azərbaycanın hərəkətlərini təkrarlayır.

Onların başqa istiqamətdə davranışlarında da qeyri-müəyyənlik davam edir. Məsələn, iqtidar iddia edir ki Rusiyanın sponsorluq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurub. Təşkilatdan isə bildiriblər ki, nizamnamədə fəaliyyəti dondurmağa dair maddə yoxdur. Bununla belə rəsmi İrəvan yenə də Moskvanın himayədarlığı və təşəbbüsü ilə yaradılan Avrasiya İqtisadi İttifaqına üzvlükdə qaldığını bildirir. Yəni bu iqtidar çox səbatsız bir durumdadır.

Heç müxalifət də hökumətdən fərqlənmir. Bu təbəqə təşəbbüssüz, ideyasız bir qrup ictimai, siyasi və hərbi xadimlərdən ibarət qəbiristanlığı xatırladır. Bu meyit toplumun fəaliyyət göstərmək gücü, qüvvəti, heyi olmadığından onlara alayarımçıq dini savadı olduğu iddia edilən Baqrat Qalstanyan liderlik edir. Bu keşiş daha çox dələduzu xatırladır. Yürüşlər və mitinqdəki çıxışları onu daha çox ifşa edir. O, həm də ümumerməni katolikosu II Qaregenin nümayəndəsi sayılır.

Ermənistan KİV-in yaydığı məlumata görə, “Vətən uğrunda Tavuş” hərəkatının təşkil etdiyi etiraz aksiyalarında iştirak üçün pul paylanması sosial şəbəkədə müzakirə olunub. Bu barədə telefon danışığının səs yazısı ilə əlaqədar cinayət işi başlanıb. Qeydə alınan söhbətin iştirakçıları və aidiyyəti olan başqa şəxslər müəyyən edilib. Bir sıra zəruri istintaq və prosessual hərəkətlər, o cümlədən axtarışlar aparılıb. Nəticədə istintaqı maraqlandıran predmetlər, əşyalar, o cümlədən qrafalarda yazılan şəxslərin adları və adların qarşısında ödənilmiş məbləğlər aşkar olunub.

Bu, Qaregenin və Barqatın qapısına dələduzluğa görə vurulan ilk qoldur.

Ümumerməni dələduz katolikos və onun nümayəndəsi meyit siyasi qüvvələrdən iqtidara qarşı istifadə etməyə çalışır. Baqrat özünü revanşist sayır. “Bəli, özümü revanşist sayıram, ömrümün son saniyəsinədək belə yaşayacam”, – o deyib.

Görünür, bu dələduz keşiş (bəlkə ruscası daha güclü ifadə edir – moşennik) istifadə etdiyi ifadənin mənasını bilmir. Revanşizm – fransız dilində “revanche” sözündən götürülüb, “intiqam”, “qisas”, “heyif çıxma” mənasındadır. Belələri uğradığı hərbi və siyasi məğlubiyyətlərin nəticələrini yenidən nəzərdən keçirərək intiqam almaq istəyirlər. Bütün hallarda revan həm də “əvəzçıxma” deməkdir. Bu söz ilk dəfə 1870-ci illərdə Fransada işlədilib. Yelisey sarayının Fransa-Prussiya müharibəsindən sonra Almaniyaya verilmiş Elzas Lotaringiya torpaqlarını geri qaytarmaq cəhdini ifadə edib. Həmin dövrdə Fransanın məğlubiyyətinə dair alçadıcı çoxlu rəsm əsərləri çəkilib və ölkədə geniş yayılıb. İkinci Dünya Müharibəsində İtaliya faşistlərinin lideri Mussolini də məğlubiyyətin əvəzini çıxmaq üçün revanşa cəhd göstərib.

Bu baxımdan, Ermənistanda reşvanşistlər indiki şəraitdə bəlli hadisə ilə bağlı Fransanı və Mussolinini xatırladırlar.

Qaregen və Baqrat meyitləri, ölü siyasi, hərbi xadimləri dirildib. Öz sıralarını genişləndirməklə də məşğuldurlar. Qalstanyan bildirib ki, keçmiş prezident Serj Sarqsyanla görüşüb. Yeri gəlmişkən, Ermənistanın bu sabiq dövlət başçısı Baqrata baş nazir olması üçün Kanada vətəndaşlığından yan keçməklə bağlı dələduzluğun yollarını da öyrədib.

Onun diriltmək istədiyi ölülərin siyahısına nəzər yetirək; keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan, II Qaregin, keçmiş müdafiə naziri Seyran Ohanyan, Baş Qərargahın keçmiş rəisi Onik Osipyan, 6 aylıq xarici işlər naziri Ara Ayvazyan, əməkdar artist, 2018-ci ilədək Sarqsyanın partiyasından deputat olmuş Şuşan Petrosyan, 2016-cı ildən 2022-ci ilədək Ermənistanın baş prokuroru olmuş Artur Davtyan, habelə “Erməni səlibçiləri hərəkatı”nın lideri, silah qaçaqmalçısı Artur Asatryan (ləqəbi “Don Pipo”), Vitali Balasyan, Naira Zoqrabyan, İqor Xaçaturov, İşxan Saqatelyan, valeri Osipyan, Artak Beqlaryan. Ruben Karapetyan və s.

Baqrat fəaliyyəti ilə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesindəki Şeyx Nəsrullahı yada salır. Baqrat da şeyxlə eyni ölkədən, İrandandır. Verdiyi vədlərlə bir-birinə daha çox oxşayırlar. Onun meydanda Paşinyana istefa tələbi “xub get, sən də fikirləş”i xatırladır. Nəsrullahın ölü diriltmək mərəkəsi lap Qalstanyanın Ermənistanın keçmiş dövlət məmurlarını yenidən hakimiyyətə gətirmək istəyinə oxşayır. Onu da qeyd edək ki, Şeyx Nəsrullah ölüləri məhz İrəvanda diriltmək istəyirdi. Baqrat bu xüsusiyyətinə görə də Mirzə Cəlilin qəhrəmanına oxşayır.

C.Məmmədquluzadə pyesin Qoqola həsr olunduğuna işarə edərək yazıb: “Allah sənə rəhmət eləsin, Qoqol”. Mirzə Cəlil bununla “Müfəttiş”ə işarə edib. Ermənilər, heç olmazsa, indi “Ölüləri” oxusa, onda Baqratın aksiyasına diqqətlə baxıb yəqin belə deyərdi: “Hayestvas, Mirzə Cəlil” – “Qəbrin nurla dolsun, Mirzə Cəlil”.
Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO