Müsahibə 12.05.2025 22:56

“Mirzə Qədim İrəvanini təbliğ etmək Qərbi Azərbaycanı yaşatmaqdır” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva olub.

O, ümummilli xarakter alan Qərbi Azərbaycan mövzusuna, tarixi torpaqlarımız uğrunda mübarizəyə rəssamların yaradıcılığında da geniş yer verildiyini diqqətə çatdırıb. Bildirib ki, naxçıvanlı fırça ustaları ata-baba yurdumuzda mövcud olan maddi-mədəniyyət abidələrini, qədim məkanları kətana köçürərək tarixi yaddaşın qorunub saxlanmasına böyük dəstək verirlər. Millət vəkilinin sözlərinə görə, Azərbaycan Respublikasının 20 faiz ərazisi Ermənistan işğalında olduğu müddətdə hər bir azərbaycanlının ürəyi Qarabağla döyündüyü kimi, indi də hər bir sakinimiz tarixi torpaqlarımız uğrunda mübarizəyə köklənib.

Əməkdar rəssam Qərbi Azərbaycan İcmasının və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə muxtar respublikada keçirilən beynəlxalq konfranslara, tədbirlərə diqqət çəkib. Deyib ki, naxçıvanlı fırça ustaları bütün bu tədbirlərdə aktiv iştirak edib, ümumi prosesə öz yaradıcılıqları ilə töhfələr veriblər. Tarixə ekskurs edən deputat Ü.Həmzəyeva məşhur rəssam Bəhruz Kəngərlinin qaçqınlar silsiləsi əsərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı və deportasiyaların izlərinin göründüyünü vurğulayıb. Eyni zamanda qeyd edib ki, əslən Naxçıvandan olan və Türkiyədə yaşayan İbrahim Safi ermənilərlə döyüşən rəssam olub.

Millət vəkili Ü.Həmzəyeva Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin keçirilməsi barədə Prezident İlham Əliyevin 14 fevral 2025-ci il tarixdə imzaladığı sərəncama da toxunub. Bildirib ki, bu sərəncam Azərbaycan rəssamlarının, o cümlədən naxçıvanlı fırça ustalarının sevincinə səbəb olub. Sərəncamda qeyd olunduğu kimi, Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırıb, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyub. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır. Ü.Həmzəyeva vurğulayıb ki, Mirzə Qədim İrəvanini təbliğ etmək Qərbi Azərbaycanı yaşatmaqdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 12-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə, Mədəni / 12.05.2025 22:56
“Mirzə Qədim İrəvanini təbliğ etmək Qərbi Azərbaycanı yaşatmaqdır” - VİDEO
İdman / 11.05.2025 17:09
Turan Nəbiyev 13 yaşlılar arasında birinci olub - FOTO
Elm və təhsil / 10.05.2025 22:15
“Sufizm türk şamanizmindən yaranıb” - VİDEO
Siyasi, Sosial / 09.05.2025 22:32
“Heydər Əliyev Moskvada vəzifəyə seçiləndə ermənilər çaxnaşmaya düşmüşdülər” - FOTO - VİDEO
Siyasi, Sosial / 09.05.2025 13:22
“Quş olub kəndimizə uçmaq istəyirəm” – Kifayət Nəzərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi / 09.05.2025 11:22
Babamın “qara kağızı”… Əsgər Əlioğlu - FOTO
Siyasi, Təhlil / 08.05.2025 22:14
Paşinyanın babasının iştirak etdiyi erməni legionunu Qərbi Azərbaycanla nə bağlayır? - VİDEO
Siyasi / 08.05.2025 14:09
Njdenin Zəngəzurda abidəsi söküləcək – ANONS - VİDEO
Sosial / 07.05.2025 22:56
“İranlılar Ermənistana sərxoş olmağa, qızlara görə gəlirlər” - VİDEO
Sosial / 07.05.2025 14:22
İrəvanda nə qaldı? – ANONS - VİDEO
Siyasi, Sosial / 06.05.2025 22:36
Axta, Axtala – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 06.05.2025 18:51
“Ermənistan fürsətdən istifadə edib Azərbaycanın uzatdığı əli qəbul etməlidir” - VİDEO
Siyasi, Sosial / 06.05.2025 14:31
Padarların saldığı oğuz yurdu – ANONS - VİDEO
Müsahibə, Siyasi / 06.05.2025 13:16
“Ermənistan sülhə qarşı gedə bilməz” – ANONS
Siyasi, Video müsahibə / 05.05.2025 22:53
“Moskva elitası ermənilərin himayədarına çevrilmişdi” - VİDEO
Elm və təhsil, Mədəni / 03.05.2025 22:36
“Türklər tarixi işarələrlə qayalara, xalçalara həkk edirdilər” - VİDEO
Siyasi, Sosial / 02.05.2025 22:20
“Sovet əsgərləri ermənilərin hərəkətlərinə göz yumurdu” - FOTO - VİDEO
Mətbuat / 02.05.2025 16:59
Turan İbrahimov: “Televiziya gündəlik informasiya və əyləncə mənbəyi olaraq qalır” - FOTO
Siyasi, Sosial / 02.05.2025 13:16
“Vətən həsərətinə son qoyulacaq” – Elçin Nəbiyevin həyat hekayəsi – ANONS - VİDEO
Siyasi, Təhlil / 01.05.2025 22:59
Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin əsas həlledici ölkəsinə çevrilib - VİDEO
Təhlil / 01.05.2025 14:53
Azərbaycan Zəngəzura yaxınlaşır – ANONS - VİDEO
Sosial / 01.05.2025 14:19
AHİK ilə ƏƏSMN nümayəndələrinin görüşü olub - FOTO
Elm və təhsil / 30.04.2025 22:50
“Türklərin ata yurdu Urmu, Van, Göyçə göllərinin arasındadır” - VİDEO
Elm və təhsil / 30.04.2025 13:48
Naxçıvan adı çeçen dilindədir” – ANONS
Siyasi, Sosial / 29.04.2025 22:50
Atcar, Auş, Axarbaxar, Axdala, Axdərə, Axnçı, Axsaxlı – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Siyasi, Video müsahibə / 29.04.2025 18:53
“1827-1830-cu illər arasında demoqrafik fəlakət baş verib”