Məşhur “Fashion Nova” brendinin manekeni reklam çəkilişi üçün geyindiyi top-korseti bestsellerə çevirib.
Rakus.az xəbər verir ki, söhbət süni dəridən hazırlanmış qara rəngli sinəsi ipli “Rude Girl Faux Leather Halter Top”dan gedir.
Reklam kampaniyası çərçivəsində geyim məşhur model Eşli İlen tərəfindən nümayiş olunub.
Modelin görünüşünü hamı heyranlıqla qarşılayıb.
Məlumata görə, marka qızın iştirakı ilə “Instagram” səhifəsində yayımlandıqdan sonra geyim tamamilə satılıb.