Sosial 09.11.2019 12:05

Monitorinqlərin nəticələri açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin noyabrın 1-dən 7-dək Bakı, Sumqayıt və Gəncə şəhərlərində keçirdiyi monitorinqlər zamanı filtrlərin dəyişdirilməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarının normadan çox olduğu ictimai iaşə obyektləri müəyyən olunub. Paytaxtın Nizami rayonunda şadlıq saraylarının sayı çoxdur. Ona görə də atmosferə zərərli tullantılar atılması halları daha çox həmin ərazidə qeydə alınıb.

Rakus.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Vüqar Kərimov deyib.

Nazirliyin nümayəndəsi bildirib ki, ictimai-iaşə obyektlərinin əksəriyyətində təmizləyici qurğular quraşdırılsa da onlara vaxtında texniki xidmət göstərilmir, filtrlər təmizlənmir. Nəticədə yenə də havaya tüstü və iy-qoxu yayılır: “Binəqədi rayonunda fəaliyyət göstərən “Sonalar sonası”, “Qızıl tac”, “Şahənşah”, “Mələk”, “Oğuz xan”, “Al saray”, “Amor”, “Röya”, Xətai rayonundakı “Fəridə”, “Elgün”, “Neapol”, “Movida”, “Mirana”, “Leyla”,”Şahzadə”, Nizami rayonundakı “Cənnət”, “Xan bağı”, “Xan sarayı”, “Madonna”, “Milord”, “Hissa”, “Grace Hall”, “Ayla” şadlıq sarayları, “Səhər mehi” və “Kometa” restoranlarında filtrlərin dəyişdirilməməsi nəticəsində havaya atılan tüstü və zərərli tullantıların miqdarı normanı ötüb. Eyni vəziyyət Nərimanov rayonundakı “Şuşa”, “Su sonası” şadlıq sarayları, “Orman”, “Xankəndi”, “İsa bulağı” restoranları, Sumqayıt şəhərindəki “Qubadlı”, “Dan ulduzu”, “Şəhanə”, “Tural”, “Nurlan” və “Dədə Qorqud”, Abşeron rayonundakı “Qarabağ”, “Ülvi”, “Səmayə” və “Sultan”, Gəncə şəhərindəki “Firuzə”, ‘Tural” və “Şahzadə” şadlıq saraylarında da qeydə alınıb”.

Bildirilib ki, qurğusu olmayan və filtrləri vaxtında təmizlətdirməyən restoran və şadlıq saraylarının sahiblərinə bildiririk ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq. Bu, bizim obyekt sahiblərinə son xəbərdarlığımızdır. Onlara verilən vaxt artıq bitib.

“Restoran və şadlıq saraylarında toy edən və tədbir keçirən vətəndaşlarımıza çağırış edirik Əvvəlcədən restoranda təmizləyici qurğuların olub-olmaması və filtrlərin təmizlənməsi ilə maraqlansınlar ki, xoş günlərində həmin obyektin fəaliyyətinin dayandırılması kimi xoşagəlməz halla üzləşməsinlər.

Bundan əlavə, nazirliyə ictimai-iaşə obtektlərindən ətrafa səs-küy barədə də şikayət daxil olur. İnsanların rahatlığının təmin olunması məqsədilə qanunvericilikdə sakinlərin daha sıx olduğu yerlərdə gecə saat 12-dən sonra səs-küy salan obyektlərin fəaliyyətinin dayandırıla bilinəcəyi də təsbit olunub”, – deyə V.Kərimov qeyd edib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO