Moskva Suriyadakı qoşunlarını çıxarır?
Dəməşqdəki gələcək hakimiyyət müvafiq qərar verəcəyi təqdirdə Moskva Suriyadakı qoşunlarını çıxara bilər.
Rakus.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə RT, “Al Arabiya” və “Sky News Arabia” telekanallarına müsahibəsində danışıb.
“Digər dövlətin ərazisində, yəni indiki halda Suriyada qanunsuz yerləşənlər regionu tərk etməlidir və bu, bütün dövlətlərə aiddir. Əgər Suriyanın gələcək legitim rəhbərliyi ölkədə Rusiya Silahlı Qüvvələrinə ehtiyac duymadıqlarını desələr, bu, Rusiyaya da aid olacaq”, – Vladimir Putin bildirib.
Dövlət başçısının sözlərinə görə, xarici ölkə hərbçilərinin Suriyada mövcudluğu məsələsi İran, Türkiyə və ABŞ-la da müzakirə olunur.
Rusiya lideri, həmçinin əlavə edib ki, Suriya Ərəb Respublikasının ərazi bütövlüyü tam bərpa olunmalıdır.