Mövlud Çavuşoğlu videoproyeksiyanı alqışladı
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunmasını alqışlayıb.
Rakus.az xəbər verir ki, xarici siyasət idarəsinin rəhbəri deyib ki, Bakının simvollarından olan Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türkiyə və Azərbaycan bayraqları birlikdə dalğalanır.
“Tək millət, tək ürək Azərbaycan! Birlikdə yenəcəyik”, – Mövlud Çavuşoğlu sosial şəbəkədə yazıb.
O, paylaşmına Türkiyə və Azərbaycanın bayraqlarının rəsmini əlavə edib.
Xtırladaq ki, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə ötən gün Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.