Sosial 20.11.2019 12:21

MSK aşağı seçki komissiyaları üçün treninqlərə başladı

2019-cu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində müxtəlif statuslu seçki subyektləri üçün genişmiqyaslı layihələr davam etdirilir.

Rakus.az xəbər verir ki, noyabrın 20-dən etibarən növbəti layihəyə – aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılıb.

Qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı iki mərhələli treninq layihəsi hazırlanıb.

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımovun açılış nitqi ilə noyabrın 20-dən start götürən ilk mərhələnin dörd gün davam etməsi nəzərdə tutulur.

Mərkəzi Seçki Komissiyasının Treninq Qrupu tərəfindən müxtəlif metodiki və əyani vəsaitlərdən istifadə edilməklə tamamilə praktiki formada keçirilən “Trenerlər üçün treninq”lərdə hər seçki dairəsindən iki təmsilçi olmaqla, dairə seçki komissiyalarının ümumilikdə 230-a yaxın yerli trenerinə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələrinə dair rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və hərtərəfli məlumat verilir.

Gündəliyə uyğun olaraq treninqlərdə, həmçinin Mərkəzi Seçki Komissiyasının Treninq Qrupunun mütəxəssisləri tərəfindən seçki günü prosedurları, səsvermə hərəkətləri və baş verə biləcək müstəsna hallar praktiki məşğələlərin gedişində əyani formada səhnələşdirilərək iştirakçılara nümayiş etdirilir, müzakirələr aparılır və onları maraqlandıran suallar cavablandırılır.

Treninqlərin məntəqə seçki komissiyalarının üzvlərini əhatə edən ikinci mərhələsinə noyabrın 25-də başlanacaq və seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq təqribən bir həftə davam edəcək. Bu mərhələdə keyfiyyətin və səmərəliliyin daha da yüksəldilməsi məqsədi ilə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərin Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanan cədvəl əsasında kiçik qruplar şəklində – hər treninq sessiyasında 36 nəfərədək komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Treninqlər zamanı aşağı seçki komissiyalarının hər bir üzvünə yaxından tanış olmaq və təlimlərdə istifadə etmək məqsədi ilə MSK tərəfindən hazırlanan “Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri materiallar da təqdim olunacaq.

Mərkəzi Seçki Komissiyasının həyata keçirdiyi kifayət qədər genişmiqyaslı maarifləndirmə layihəsi olan treninqlər, bələdiyyə seçkiləri keçirilən seçki məntəqələrinin bütün 30000-ə yaxın üzvünü əhatə edir.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS