Mətbuat 01.08.2019 14:40

MTRŞ Azərbaycan dili ilə bağlı əsas qüsurları açıqladı

“Milli Televiziya və Radio Şurası (MTRŞ) milli efir məkanında Azərbaycan dilinin istifadə vəziyyətinin öyrənilməsi və ortaya çıxan nöqsanların aradan qaldırılması məqsədilə daimi monitorinqlər həyata keçirir”.

Rakus.az xəbər verir ki, bunu MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov deyib.

Şöbə müdiri xatırladıb ki, 2011-ci ildən başlayaraq, Şura həm AMEA-nın Dilçilik İnstitutu, həm də Bakı Dövlət Universitetinin dilçi mütəxəssisləri ilə birgə teleradio proqramlarında ədəbi dil normalarına əməl edilməsi ilə bağlı monitorinqlər təşkil edir, mövcud nöqsanlarla bağlı hesabatlar dərc etdirir: “Məlum olduğu kimi ümummilli lider Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli fərmanla hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Ölkəmizdə Azərbaycan dilinin inkişafı daim dövlətin diqqət mərkəzində olub. Bu istiqamətdə möhkəm qanunvericilik bazası formalaşdırılıb. Bütün bunlar isə Azərbaycanın teleradio məkanında Azərbaycan dilinin istifadəsi vəziyyətinin daha da yaxşılaşdırılmasına öz töhfəsini verir. Hazırda qarşıda duran əsas vəzifə milli efir məkanında Azərbaycan dilinin keyfiyyətli istifadəsini təmin etməkdir. Bu istiqamətdə işlər davam etdirilməkdədir”.

T. Dadaşovun sözlərinə görə, Azərbaycan dilinin kütləviliyinin təmin edilməsində teleradio yayımının da mühüm rolu var: “Müstəqillik əldə etdikdən sonrakı ilkin dövrdə ölkənin teleradio sistemində Azərbaycan dilindən istifadə səviyyəsi heç də mövcud qanunvericiliyin tələblərinə uyğun olmayıb. Belə ki, ölkədə xarici teleradio kanalların yayımının əcnəbi dillərdə aparılması, yerli yayımçıların xarici dildə olan efir materiallarına üstünlük verməsi acınacaqlı vəziyyət yaratmışdı. Hətta bəzi yayımçıların efirinin 60%-dən çoxu xarici dilli efir materiallarından ibarət olurdu. 2003-cü ildən, MTRŞ faktiki fəaliyyətə başladığı ilk gündən bu acınacaqlı vəziyyətin aradan qaldırılmasını əsas vəzifə olaraq icra etməyə başladı. Yerli kanallarla dövlət dilinin istifadə göstəricilərini yüksəltməklə aparılan çoxaspektli işlərlə yanaşı, bir sıra ciddi qərarlar da qəbul edildi. Belə ki, 2007-2008-ci illərdə xarici ölkə yayımçılarının Azərbaycanın milli efir məkanında açıq yayımı dayandırıldı. Bundan başqa, 11 yanvar 2008-ci il tarixdə Şura tərəfindən Azərbaycan ərazisində təsis edilən və fəaliyyət göstərən bütün teleradio yayımçılarının proqramlarının (bəzi verilişləri istisna olmaqla) Azərbaycan dilində yayımlanmasının təmin edilməsi barədə qərar verildi və milli teleradio məkanında dövlət dilindən istifadə təxminən 100% həcmdə təmin edildi”.

Şöbə müdiri onu da qeyd edib ki, görülən işlərlə yanaşı, televiziya və radiolarda Azərbaycan dili ilə bağlı bir sıra problemlər də diqqəti cəlb edir: “Aparıcılar bir sıra hallarda Azərbaycan ədəbi dilinin normalarına riayət etmirlər, nitqlərində dolaşıqlığa, söz sırasının pozulmasına yol verirlər, məişət dilini efirə çıxarırlar, bəzən loru, bayağı nitq sərgiləyirlər. Bir sıra hallarda aparıcılar qeyri-dövlət dilində olan söz və ifadələrdən istifadə edirlər, dəvət olunmuş xarici dilli qonaqlarla qanunvericiliyə zidd olaraq, xarici dildə danışmağa meyl edirlər. Digər tərəfdən, aparıcıların nitqlərində rus və türk dilinin təsiri hiss edilir, bəzi aparıcılar ləhcədə danışır. Verilişlərdə xarici dildə danışan qonaqların nitqinin əsasən subtitrlə tərcümə edilməsi, teleradio verilişlərində və reklamlarda tamaşaçı və dinləyici auditoriyasını qıcıqlandıra biləcək kobud sözlər, söyüşlər, qeyri-etik və təhqiramiz ifadələrin işlədilməsi hallarına da rast gəlinir”. (apa.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO