Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov rəhbəri olduğu qurumda islahatlara başlayıb.
Rakus.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, İsmət Səttarov Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyevi vəzifəsindən azad edib.
İ.Səttarovun digər əmri ilə MTRŞ-nin Aparat rəhbəri vəzifəsinə, sədrin köməkçisi Fazil Novruzov təyin olunub.
A.Hacıyev 2019-cu ilin yanvar ayından MTRŞ-nin Aparat rəhbəri vəzifəsində çalışırdı.
Xatırladaq ki, Prezident İlham Əliyevin aprelin 4-də imzaladığı sərəncamla İsmət Rəcəb oğlu Səttarov 6 il müddətinə MTRŞ-nin üzvü təyin edilib. Aprelin 6-da MTRŞ-nin keçirilən iclasında Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.