Mətbuat 24.06.2020 11:10

MTRŞ telekanalar ayırdığı vəsaitin məbləğini açıqladı

“Əvvəlki illərdə olduğu kimi, dövlət və özəl sektor maarifləndirici və informasiya yayımları həyata keçirən telekanallara, o cümlədən, regional telekanallara dəstək göstərilməkdə davam edir”.

Rakus.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasından (MTRŞ) bildirilib.

Qeyd olunub ki, dörd televiziya kanalının gəlirləri tam olaraq, daha iki kanalın gəlirləri isə qismən kommersiya reklamının satışından əldə olunan gəlirlər hesabına formalaşır.

2019-cu ildə televiziya və radio kanalların maliyyələşdirilməsinə ayrılan ümumi dotasiyaların məbləği 76 milyon manat təşkil edib ki, bu məbləğin 20 milyon manata yaxın hissəsi kommersiya strukturlarının dotasiyaları olub.

Televiziya və radio kanallarının kommersiya fəaliyyəti nəticəsində ümumən 31 milyon manat gəlir əldə olunub ki, bu məbləğin 26 milyon manatı televiziya reklamının, 5 milyon manatı isə radio reklamının payına düşür.

2019-cu il ərzində reklam vasitəsilə 2 milyondan çox gəlir əldə etmiş şirkətlərin sayı 4 olub. Bu şirkətlərin reklamdan əldə etdikləri gəlir televiziya və radio reklam bazarının ümumi həcminin 80%-ni təşkil edib.

2019-cu il ərzində prodüser qrupları televiziya kanallarından 7 milyon 800 min manat cəlb ediblər ki, bu məbləğin 7 milyon 450 min manatı (95%-dən çoxu) serial istehsalına sərf olunub. Bununla yanaşı, yerli serialların çəkilişinə xərclənən məbləğin 90%-dən çoxu dövlətdən və kommersiya strukturlarından dotasiya almayan 3 özəl telekanal tərəfindən cəlb olunub.

Televiziya və radio kanallarının il ərzində ən böyük xərcləri əməkdaşların məvacib fondunun saxlanılmasını (50 milyon manata yaxın), həmçinin, yerüstü və peyk yayımının təmin olunması üçün çəkilən xərcləri (17 milyon manata yaxın) əhatə edir.

Bildirilib ki, Azərbaycanda televiziya reytinqlərinin ölçülməsini həyata keçirən beynəlxalq AGB Nielson şirkətinin nümayəndəliyi fəaliyyət göstərir. Auditoriyanın ölçülməsi, əsasən, kabel televiziyasına abunəliyi olan 180 ailədə televiziyaya baxış fəaliyyətinin monitorinqi əsasında aparılır. Bu göstərici eyni əhali sayı olan ölkələr üçün tətbiq olunan məcburi minimum (400-500 ailə) göstəricidən xeyli aşağı olduğundan Azərbaycanda ölçmələrin keyfiyyətinə mənfi təsir edir. Qeyd olunmalıdır ki, beynəlxalq audit şirkətlərinin tövsiyələrinə əsasən, Azərbaycan qədər əhalisi olan ölkələrdə keyfiyyətli teleölçmələr aparmaq üçün 800-1000 ailəni əhatə edən ölçmə paneli tələb olunur. Buna baxmayaraq, hazırda ölçmələr aparılan ailə sayından uzunmüddətli müşahidələr əsasında alınan məlumatlarla da televiziyaya baxış haqqında ümumi qiymətləndirmə aparmaq olar. Belə ki, 2019-cu ildə səhər 7-dən gecə yarısına kimi olan müddətdə televiziyaya baxış 3 saat 46 dəqiqə olmuşdur ki, bu da, dünyada olan televiziyaya baxış rəqəmləri ilə eynilik təşkil edir. Televiziyaya baxışın 2 saat 14 dəqiqəsi ümumi olaraq 2019-cu ildə ölçmələri aparılan televiziya kanallarına (ATV, Xəzər, ARB, Space, İTV, Real, Lider) baxış təşkil edib, 1 saat 32 dəqiqəsi isə xarici televiziya kanallarının və agentlik tərəfdən ölçmələri aparılmayan yerli kanalların baxışına aid olub.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO