Müalicəsi yekunlaşan bəzi hərbçilər Ordu sıralarına qayıdıb – MN sözçüsü
Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı sərhəddə və cəbhədə baş verən son hadisələrlə bağlı açıqlama verib.
Rakus.az xəbər verir ki, onun sözlərinə görə, Ermənistan işğalçılıq siyasətini davam etdirir: “Proses onu göstərdi ki, Ermənistan heç şübhəsiz, işğalçılıq siyasətini yürütmək istəyir. Ərazilər işğal etmək və hər hansı mövqelər ələ keçirmək istəyir. Azərbaycan Ordusunun döyüş hazırlığı, mənəvi-psixoloji ruhu və bu istiqamətdə yerləşən bölmələrimizin hazırlığı bunun qarşısını qəti surətdə alır. Sərəncamımızda olan silah-sursat düşmənin yerində saxlanılmasına və onun itki verərək geri otuzdurulmasına şərait yaratdı. Biz də bunu həyata keçirdik”.
O deyib ki, hadisələr vaxtı yaralılarımız da olub: “Yaralılar hərbi tibb müəssisələrində müalicə alırlar. Onların əksəriyyətinin qısa müddətdə müalicəsi yekunlaşıb və sıralarımıza qayıdanlar da var. Digərlərinin isə müalicəsi həkim nəzarəti altında davam etdirilir”.