Elm və təhsil 13.11.2024 22:13

İrəvan xanlığının bayrağında Səfəvi, Əfşar və Qacar simvolları - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrəvan xanlığının bayrağı və onun tarixi” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov İrəvan xanlığının tarixindən və bayrağından söz açır.

Onun sözlərinə görə, İrəvan xanlığının bayrağında Səfəvi, Əfşar və Qacar simvolları yer alıb: “Səfəvi və Qacar türk sülalələrinin rəmzinin İrəvan xanlığının bayrağında olması müttəfiqliyi göstərir. İrəvan xanlıqlar içərisində ən güclü ordusu olan xanlıq olub. Müasir İrəvanın gerbi xanlığın bayrağından oğurluqdur. Aslan-günəş simvolu türk dünyasında hökmranlılığı bildirirdi. Aslan-günəş ilk dəfə Qızıl Orda bayrağında təsvir edilib. İrəvanı, onun tarixini zəbt edən ermənilər simvolikasına da əl qoydular. Erməni əsilli şair və tərcüməçi Samvel Qriqoryan özü etiraf edir ki, gerbdə olan şir Zəngəzurdakı abidədən götürülüb və ermənilərə aid deyil. Aslan-günəş rəmzi erməni heraldika tarixinə ziddir. Nişapura gələn Qızıl Orda səfirinin əlində aslan-günəş bayrağı olub”.

Tarixçi deyib ki, tanınmış rus şərqşünası, türkoloq akademik Bartold İrəvanı 16-cı əsrdə salınmış türk şəhəri adlandırıb: “O zaman erməni katolikosu İrəvan xanının razılığı ilə seçilirdi. Bütün mənbələr İrəvan şəhərində daimi yaşayan əhalinin tamamilə türklərdən ibarət olmasını təsdiq edir. Rus mənbələri göstərir ki, İrəvan qalasının hökmdarları, əhalisi farslar deyil, azərbaycanlılar olub”.

P.Gözəlov sonda İrəvan xanı Hüseynqulu xanın ştandartının mənasına da aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 13-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 13.11.2024 22:13
İrəvan xanlığının bayrağında Səfəvi, Əfşar və Qacar simvolları - FOTO - VİDEO
Gündəm, Sosial / 13.11.2024 17:35
İlham Əliyev İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin Sammitində çıxış edib – YENİLƏNİB - FOTO - VİDEO
Gündəm / 13.11.2024 15:11
COP29-un 3-cü günü: Mavi Zonada tədbirlərə start verilib – YENİLƏNİR - FOTO - VİDEO
Gündəm / 13.11.2024 13:55
Prezident: “Yeni Kaledoniyada nümayişlər zamanı Makron rejimi çox sayda vətəndaşı qətlə yetirib”
Elm və təhsil / 13.11.2024 13:46
“İrəvanın indiki gerbi oğurluqdur” – ANONS
Gündəm / 13.11.2024 12:46
Azərbaycan Prezidenti müstəmləkə keçmişi olan ölkələri kiçik ada dövlətlərinə yardım etməyə çağırıb - VİDEO
Siyasi, Sosial / 12.11.2024 22:34
Ağcaqala, Ağcaqışlaq, Ağcaquş – türk tarixinin izi - FOTO - VİDEO
Dünya, Gündəm / 12.11.2024 22:05
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib – YENİLƏNİR - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə, Mədəni / 12.11.2024 20:38
“İrəvanda yaşayan türklər yüksək intellektə malik idilər” - FOTO - VİDEO
Gündəm, Sosial / 12.11.2024 17:40
COP29-un 2-ci günü: Mavi Zonada tədbirlər davam edir- YENİLƏNİR - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 12.11.2024 14:35
“Etika mərkəzi” ilk dəfə İrəvanda açılıb – ANONS
Siyasi, Sosial / 12.11.2024 13:26
Adı 2 dəfə erməniləşdirilən kənd – ANONS - VİDEO
Gündəm / 12.11.2024 12:48
İlham Əliyev: “COP29-a görə biz hədəfə çevrildik”
Gündəm, Sosial / 12.11.2024 10:41
COP29-un Yaşıl Zonasında tədbirlər yoqa təlimi ilə başlayıb - FOTO
Müsahibə / 11.11.2024 23:58
“Sülh yolu ilə tarixi torpaqlarımıza qayıtmaq istəyirik” - VİDEO
Siyasi, Sosial / 11.11.2024 18:17
Rizvan Nəbiyev: “Bakı platforması dünya siyasi liderlərini və iqlim diplomatiyasının əsas oyunçularını bir araya gətirib”
Gündəm, Sosial / 11.11.2024 17:41
COP29-un Mavi Zona tədbirləri davam edir – YENİLƏNİR - FOTO - VİDEO
Gündəm / 11.11.2024 12:10
Bakıda COP29-un rəsmi açılış mərasimi keçirilib – YENİLƏNİB - FOTO - VİDEO
Sosial / 10.11.2024 13:41
“SOS” əməkdaşları şəhid ailələri ilə birlikdə Zəfər Parkını ziyarət edib - FOTO - VİDEO
Elm və təhsil / 09.11.2024 22:50
“Rus alimləri ermənilərlə birlikdə Skif tarixinin Azərbaycana aid olmadığı yalanını uydurdular” - FOTO - VİDEO
Elm və təhsil / 09.11.2024 13:48
“Qərbi Azərbaycanda skiflərə aid 12 abidə tapılıb” – ANONS - VİDEO
Təhlil / 08.11.2024 18:15
Zəfər Bayramı – Yüzillik savaşın nəticəsi – TƏHLİL
Gündəm / 08.11.2024 17:18
İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub – YENİLƏNİB - FOTO
Gündəm / 08.11.2024 12:31
Bakıda Zəfər parkının açılışı olub – YENİLƏNİB - FOTO
Gündəm / 08.11.2024 00:01
Bu gün Azərbaycanda Zəfər Günüdür
Gündəm, Hərbi / 08.11.2024 00:00
Şuşanın işğaldan azad olunmasından 4 il ötür