Sosial 13.07.2019 13:31

Mübariz Örənin ad gününə Amerikadan soydaş təbriki…

 

Deyir ki,- “Yaşca gənc olmasam da, ədəbiyyatda özümü gənc sayıram: yaradıcılıqda təzəyəm. Planlar, perspektivlər də öz yerində… O ki qaldı, bugünkü mövqeyimə. Məncə burda iki incə məqam var: bir var, yazıçının əsərləri ədəbiyyatda özünə yer eləyir, mövqe tutur, – əsas olan budur və bu baxımdan bəxtim deyəsən bir az gətirib: hekayələrim özümdən fərasətli çıxıb, bir də var yazıçının özünün ədəbiyyatda bir fiqur kimi yeri. Bu, daha mürəkkəb məsələdi və burada təkcə mətnyaratma prosesi ilə iş bitmir. Gərək ədəbiyyatın əhatə etdiyi bütün o müstəvidə – hətta müstəvilərdə – cərəyan edən, daima qaynamaqda olan proseslərdə iştirak edəsən, “qazanın içində qaynayasan”. Bu yerdə mövqeyimdən razı olmaya bilərəm. Bunun da, necə deyərlər, obyektiv və subyektiv səbəbləri var. Birincisi odur ki, məşğul olduğum sahə – fəaliyyət sahəm ədəbiyyatla daban-dabana zidd sahədi; nəinki ortaq sərhədi, heç ortaq nöqtəsi də yoxdu. İkincisi ədəbiyyat Olimpizim “allahları”, “yarımallahları” öz mövqelərindən elə bərk yapışıblar ki, “Qar tanrısı” da gəlsə xeyri yoxdu. Adamı nəinki Olimpin özünə, heç ətəklərinə də buraxmazlar”…

Yazıçınin məişətdə hansı işlə məşğul olması önəmli deyil. O qədər ədəbiyyatla daban-dabana zid işlərdə çalışan yazıçılar olub ki. Önəmli olanı odur ki, istedadlısan. İstedad isə qum kimidir, onu nə qədər ovcunda gizlətsən də yol tapıb axacaq. Bunun qarşısını heç “Qar tanrısı” da ala bilməz…

Uşaqlıq illəri ağır keçib. Əzizlərini itirə-itirə böyüyüb. Zəmanənin ağırlığını, yaşamağın nə qədər çətin olduğunu yaşaya-yaşaya dərk edib. Təfəkkürü qat-qat dərinləşdikcə, qarış-qarış yüksələ bilib…

Şirin suda kürü qoyan dəniz balıqlarına bənzəyir. Nə vaxtsa həmin kürülərin balığa çevrilib, dənizə qovuşacağı ümidi, onu heç vaxt tərk etmir. Axı yaxşı bilir ki, dəniz üçün doğulanlar çaylarda yaşaya bilməz…

Deyib gülməyi xoşlayır. Yumor hissi yüksək səviyyədədir. Dostluq etməyi bacarır. Ehtiyacı olan hər kəsə əl uzatmağa çalışır. Çətinliyi olanda cəmiyyətdən uzaqlaşmağı üstün tutur. Tək qalanda sanki özünü tapir. Ünsiyyətdə tərbiyəli və nəzakətlidir. Zəngin fantaziyası, düşüncə tərzi ilhamına xüsusi təkan verir. Yaradıcılığına söz ola bilməz. Ərsəyə gətirdiyi əsərlər ciddi ədəbiyyat nümunələridir. Azərbaycanın ən yaxşı yazarlarından biridir. Əlahəzrət Zaman nə vaxtsa layiq olduğu dəyəri verəcək. Bunu eşidəndə təəccüblənməsin…

Mütaliəsi çox güclüdür. Hadisələri müşahidə etmək qabliyyəti isə yüksək səviyyədədir. Satqınlığı, böhtanı bağışlaya bilmir. Dostluqda sədaqət, onun üçün ən önəmli anlamdır…

Bəli, Mübariz Örən gözəl insan olduğu kimi çağdaş Azərbaycan ədəbiyyatına gözəllik gətirən yazıçılardan biridir.
İyulun 13-ü Mübariz Örənin 52 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, can sağlığı, yaradıcılıq uğurları arzulayıram…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO