Müdafiə Nazirliyi: “Düşmən döyüşə girməkdən çəkinir”
“Mülki əhalini və yaşayış məntələrimizi atəşə tutmamaları barədə Müdafiə Nazirliyi tərəfindən Ermənistan tərəfinə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bu gün Şəmkirin Sabirkənd, Bərdə rayonunun Əmirli, Tovuz rayonun Ağdam və Ağdam rayonunun Quzanlı, Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulub”.
Rakus.az xəbər verir ki, bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
O qeyd edib k, mülki əhali arasında ölən və yaralananlar var:
“Gecə ərzində, səhər saatlarında və bu dəqiqələrdə cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyytları uğurla davam edir. Düşmənin şəxsi heyəti arasında hökm sürən qorxu və vahimər dərin ruh düşkünlüyü yaradıb. Ermənistandan işğal olunmuş ərzilərinə gətirilən erməni könüllüləri itkilərin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşə girməkdən çəkinirlər”.
Onun sözlərinə görə, Cəbrayıl və Füzuli istiqamətindən əsgərlərimiz düşmənin müqavimətini qıraraq onları geri çəkilməyə məcbur edib və irəli gedir:
“Əməliyyatın gedişatında düşmənin beş zirehli və avtomobil texnikası, üç hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib. Dayaq məntəqəsinə silah-sursat çatdıran texnikalar bölmələrimiz tərəfindən məhv edilib.
Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətlərdə hakim strateji mövqeylərin azad olunması Azərbaycan ordusunun şəxsi heyətinin yüksək döyüş ruhunun və qələbə əzminin bariz nümunəsidir”.