Sosial 01.05.2025 14:19

AHİK ilə ƏƏSMN nümayəndələrinin görüşü olub - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nümayəndələri ilə görüş keçirilib.

Rakus.az xəbər verir ki, görüşdə Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdəki əlverişli mühitin həmkarlar ittifaqlarının səmərəli fəaliyyətinə və əmək hüquqlarının effektiv müdafiəsinə yaratdığı geniş imkanları, dövlətimizin bu sahəyə diqqət və qayğısını vurğulayıb.

Bildirilib ki, sağlam və təhlükəsiz iş şəraitinin tam təmin olunması, ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, müalicə və istirahətinin səmərəli təşkili məqsədilə sanatoriya-kurort müəssisələrinin fəaliyyəti davamlı olaraq təkmilləşdirilir.

Tədbirdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar və layihələr, “Kurort” Turizm İnformasiya Mərkəzi, eləcə də yeni yaradılan Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti barədə məlumat verilib, həmkarlar ittifaqları ilə bağlı qanunvericiliyə dəyişikliklərə dair qanun layihəsi üzərində iş aparıldığı diqqətə çatdırılıb.

Görüşdə əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, məşğulluq, işçilərin rifahının yüksəldilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığın daha da gücləndirilməsinin önəmi qeyd olunub. Bildirilib ki, sosial tərəfdaşlıq ildən-ilə təkmilləşir, Baş Kollektiv Sazişdə müasir çağırışlara və tələblərə uyğun müddəalar əksini tapır ki, bu da əmək hüquqlarının daha effektiv müdafiəsinə əlavə imkanlar yaradır.

Tədbirdə AHİK-in fəaliyyətindən bəhs edən videomaterial izlənilib, həmkarlar ittifaqları haqqında qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklərlə bağlı təqdimat edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Konfederasiyanın həyata keçirdiyi islahatları və yenilikləri yüksək qiymətləndirib, əmək münasibətlərinin tənzimlənməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında həmkarlar ittifaqlarının rolunu vurğulayıb. Məşğulluq imkanlarının artırılması, əmək bazarı ilə bağlı görülən sistemli tədbirlər nəticəsində əmək müqavilələrinin sayının artdığını qeyd edən nazir həssas əhali qruplarının sosial müdafiəsinin daim diqqətdə saxlandığını qeyd edib.

Görüş zamanı sosial dialoqun, sivil tərəfdaşlığın inkişafının, Baş Kollektiv Sazişlə müəyyən edilən öhdəliklərə riayət olunmasının önəmi diqqətə çatdırılıb.

Sonda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri “Kurort” Turizm İnformasiya Mərkəzi, həmçinin Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

XƏBƏR LENTİ
Sosial / 01.05.2025 14:19
AHİK ilə ƏƏSMN nümayəndələrinin görüşü olub - FOTO
Elm və təhsil / 30.04.2025 22:50
“Türklərin ata yurdu Urmu, Van, Göyçə göllərinin arasındadır” - VİDEO
Elm və təhsil / 30.04.2025 13:48
Naxçıvan adı çeçen dilindədir” – ANONS
Siyasi, Sosial / 29.04.2025 22:50
Atcar, Auş, Axarbaxar, Axdala, Axdərə, Axnçı, Axsaxlı – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Siyasi, Video müsahibə / 29.04.2025 18:53
“1827-1830-cu illər arasında demoqrafik fəlakət baş verib”
Sosial / 29.04.2025 14:36
Ermənilərin saxta keçmiş düzəltmə sirri – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 29.04.2025 13:40
“Zəngəzuru daşnaklara bolşeviklər verdi” – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 28.04.2025 22:34
“Göyçəli Aşıq Nəcəf ilk milli şəhidimizdir” - FOTO - VİDEO
Mədəni / 28.04.2025 19:33
Bayrağımız şagirdlərin qəlbində ucalır - FOTO
Siyasi, Sosial / 28.04.2025 18:52
Hümbət Hüseynov TDBB-nin 7-ci qurultayına qatılıb - FOTO
Siyasi, Təhlil / 28.04.2025 17:15
Brüssel-Bakı münasibətlərdə yeni səhifə açılır - FOTO - VİDEO
Mədəni / 26.04.2025 22:32
“Aşıqlara ağlasığmaz işgəncə verilirdi” - VİDEO
Siyasi, Sosial / 25.04.2025 22:10
“Ölən erməni qızın nənəsi məhkəmədə tələb etdi ki, yunan yox, türk tutulmalıdır” - FOTO - VİDEO
Siyasi, Sosial / 25.04.2025 13:26
“Ermənilər əmimi qətlə yetirdilər” – Məcid Həsənovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 24.04.2025 22:48
“Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib” - VİDEO
Siyasi / 24.04.2025 13:43
Göyçədə ərazilərin qaytarılmasına hazırlıq gedir – ANONS
Elm və təhsil / 23.04.2025 22:59
“Azərbaycan dövlətçiliyinin tarixi Urmu gölü ətrafından 4200 il əvvəldən başlayır” - VİDEO
İqtisadi, Siyasi / 23.04.2025 17:09
“Vahid Çin siyasəti”nin dəstəklənməsi Azərbaycanın üzərinə hansı öhdəlikləri qoyur? - FOTO - VİDEO
Elm və təhsil / 23.04.2025 14:50
Türklər Altaydan gəlmə deyil – ANONS - VİDEO
Siyasi, Sosial / 22.04.2025 22:54
Aslan xaraba, Asnı, Atqız, Atqoç, Artdaş, Atdaş – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə, Video müsahibə / 22.04.2025 18:30
“Ermənilər düşünürlər ki, biz Ermənistana qayıtsaq, onlar ikinci plana keçəcəklər” - FOTO - VİDEO
Sosial / 22.04.2025 14:45
“Asnı” tayfa adından yaranan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 22.04.2025 14:02
“Ermənilər yunanları da qovdular” – ANONS - FOTO - VİDEO
Gündəm / 22.04.2025 10:15
“Antanta dövlətləri ermənilərə Şərqi Anadoluda muxtariyyət vəd etmişdi” - VİDEO
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO