Mədəni 10.07.2020 19:13

“Müğənnilərin karantin günləri…” - FOTO

Pandemiya ərəfəsində dünyada sürətlə yayılan virusun qarşısının alınması məqsədilə bir çox böyük kütlənin toplandığı tədbirlər qadağan edilib. Bu siyahıya toy, nişan, ad günü, şou-proqramlar da daxildir. Elə buna görə də bir vaxtlar gündə bir toy, üç şou-proqrama gedən sənətçilər işsiz qalıblar. İndi onların 10-15-20 min pul oxuduqları toylar, hər gün iki mahnı oxuyub 200-300-500 manat istədikləri şou-proqramlar qalmayıb.
Rakus.az xəbər verir ki, xarici şou-biznes nümayəndələri ilə bağlı məlumatlara nəzər salsaq onlar heç də toysuzluqdan, işsizlikdən gileylənmir.Elə yaxın Türkiyəyə nəzər salaq… Bir çox müğənni açıqlamasında karantin günlərində özü ilə başbaşa qalıb, indiyə kimi edə bilmədiyi işləri tamamladığını söyləyib. Murad Boz yeni mahnılar yazdırdığını açıqlayıb.

Bəs görəsən, toysuz qalan Azərbaycan müğənniləri karantin ərəfəsində nə etdilər?

Xalq artisti Aygün Kazımovanın bir neçə aylıq fəaliyyətinə nəzər salsaq heç bir yenilik etmədiyini görərik. Müğənni sosial şəbəkədə belə çox az paylaşımlar edir. Kazımova daha çox karantin günlərində idman etdiyini bildirib. Hətta müğənni bir müddət əvvəl köməkçisi koronavirusa yoluxduğu üçün özünün də karantinə alındığını açıqlayıb.

Xalq artisti Röya Ayxan da karantindən əvvəl bir-birinin ardınca yeni mahnılar təqdim edirdi. Müğənni pandemiya ərəfəsində yalnız yeni fotosessiyasını üzə çıxardı. Yaradıcılığına hələlik “stop” qoyan Röya bir neçə gün əvvəl də “Altın kelebek” mükafatını qazanıb.

Müğənni Roza Zərgərli pandemiya başlayandan hər dəfə bir açıqlaması ilə gündəmə gəlib. Ona “efirlərə ən çox qonaq gedən ifaçı” desək, yəqin yanılmarıq. Sənətçi son günlər isə bağına köçərək, gündəmdən uzaqlaşıb. Bütün layihələrini yarımçıq qoyan sənətçi İnstaqramın da aktiv istifadəçisi olub. O, özünə “food blogger” deməsə də, bütün günü bişirdiyi yeməkləri yayımlayır.

Müğənni Xatirə İslam toysuz qalsa da, işsiz qalmayıb. Sənətçi bir ara İnstaqramda heç bir paylaşım etməsə də, indi aktiv istifadəçi olub. Xatirənin paylaşımlarının isə 99 faizi reklamlardır. Sənətçi kafeldən tutmuş, yeməyə, hovuz təmizləməyə qədər bütün reklamları səhifəsində yerləşdirib. Xatirə özünə başqa bir məşğuliyyət də tapıb: “food blogger”. Sənətçi artıq yeməklər bişirir və özü üçün açdığı yeni İnstaqram səhifəsində paylaşır. Sənətçi bir neçə gün əvvəl “Zalım” adlı yeni mahnısını da təqdim edib.

Müğənni Elvin Abdullayev pandemiya ərəfəsində çox nadir hallarda efirlərə qatılıb, sosial şəbəkədə paylaşımlar edib. Müğənni ən çox evdə oturub, ailəsi ilə vaxt keçirən tanınmışlardan olub, desək yanılmarıq. Son günlər isə Elvin ailəsi ilə birlikdə ata yurdu Qaxa gedərək, orada qalıb. Elə yaradıcılığında etdiyi yeganə yenilik də “Qax” mahnısı olub. Elvin bildirib ki, gündəmdən uzaqlaşsa da, yeni mahnılar bəstələyib.

Xalq artisti Miri Yusif pandemiya ərəfəsində həm efirlərdən, həm gündəmdən, həm də sosial şəbəkədən uzaq qalıb. Hər həftə bir mahnı və klip təqdim edən müğənni karantin günlərində “tənbəlləşib”. İfaçının təxirə düşən solo konserti isə onu deyəsən, lap da ruhdan salıb. Hazırda isə Miri Yusif Türkiyə ilə hava yollarının açılmasından istifadə edib, ailəsi ilə birlikdə Kuşadasına yollanıb.

Müğənni Elnarə Xəlilova isə karantin başlayandan evə girib və hələ də çıxmır. Sənətçinin başı dörd övladına elə qarışıb ki, heç İnstaqramda da paylaşımlar etmir.

Pandemiya ərəfəsində işsizlikdən istifadə edən müğənni Nazənin isə özünə çəki-düzən vermək qərarına gəlib. Sənətçi plastik əməliyyat etdirərək, arıqlayıb, bədənini formaya saldırıb. Daha sonra isə bağ evinə gedərək, karantinin bitməyini və toy məclislərinə gedəcəyi günü gözləyir.

Pandemiya ərəfəsində efirlərdə ən çox gördüyümüz digər bir sima Əməkdar artist Nüşabə Ələsgərli olub. Demək olar ki, sənətçi bu günə qədər olmadığı qədər gündəmdə olub. Yaradıcılığında heç bir yenilik etməsə də, proqramların tələbolunan ifaçısı olub.

Əməkdar artist Elza Seyidcahanı da pandemiya ərəfəsində çox efirə gedənlər siyahısına sala bilərik. Sənətçi heç bir yeni mahnı, klip hazırlamasa da, imicləri ilə adından söz etdirməyi bacarıb. Hər proqrama bir görünüşlə gedən müğənni gündəmdə qalmağı bacarıb.

Müğənni Zamiq Hüseynov isə karantin günlərində bağına çəkilərək çox az sayda efirə qatılıb, klip çəkdirməyib və yeni mahnı təqdim etməyib. Bu günlərdə sənətçi yeni fotosessiya ilə gündəmə gəlib.

Əməkdar artist Abbas Bağırov isə pandemiya ərəfəsində Gəncəyə gedərək, orada qalmağa üstünlük verib. Cəmi bir-iki verilişə gələn ifaçı özünə istirahət verib.

Əməkdar artist Lalə Məmmədovadan isə heç səs-səmir gəlmir. Müğənni karantin başlayan gündən “yox” olub. Nə efirə çıxır, nə açıqlama verir, nə də sosial şəbəkədə yeni fotolar paylaşır.

 

Müğənni Gülay Zeynallı karantin günlərində illərdir yaradıcılığında heç bu qədər məşhur olmayan “Doya-doya” adlı hit mahnısını təqdim etdi. Karantinin ilk günləri evdə oturub, şirniyyat bişirməklə məşğul olan ifaçı, indi də istirahətə yollanıb. (Axşam.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO