Sosial 14.06.2019 08:00

Münaqişələrdən əhalinin 9 faizi psixi xəstəlikdən əziyyət çəkir – DST

Münaqişə zonasında yaşayan hər beş nəfərdən biri psixi pozğunluğun bu və ya digər növündən əziyyət çəkir.

Rakus.az xəbər verir ki, hərbi döyüşlərin getdiyi ərazilərin əhalisinin 22 faizində depressiya, həyəcan, posttravmatik stress pozğunluğu, biopolyar pozğunluq və ya şizofreniya əlamətləri müşahidə olunur. Belə ki, münaqişələrdən əziyyət çəkən əhalinin 9 faizində psixi xəstəliklərin orta və ağır forması müəyyən edilir.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, dünyanın bir sıra universitetlərinin həkim-mütəxəssisləri Dünya Səhiyyə Təşkilatının (DST) iştirakı ilə aparılan layihə çərçivəsində bu qənaətə gəliblər.

Onlar “The Lancet” tibb jurnalında 1980-2017-ci illərdə dərc olunan 129 tədqiqatın göstəricilərini ətraflı öyrəniblər. Alınan nəticələr göstərir ki, vəziyyət əvvəl ehtimal edildiyindən daha mürəkkəbdir: münaqişə zonalarında yaşayan insanların 5 faizi psixi pozğunluğun ağır formasından, daha 13 faizi yüngül formasından əziyyət çəkir. Qeyd olunur ki, münaqişə şəraitində qadınlar psixi xəstəliklərə kişilərə nisbətən daha çox meyillidirlər. Bununla yanaşı, cinsindən asılı olmayaraq, insan yaşlandıqca psixi pozğunluğun inkişaf riski də artır.

Mütəxəssislər əmindirlər ki, onların tədqiqatı ən dəqiq məlumatları əks etdirir: onlar təxminən 40 il ərzində – 1980-ci ildən 2017-ci ilin avqustunadək 39 ölkəyə aid dərc olunan məlumatlardan istifadə ediblər. Tədqiqata son 10 ildə münaqişələrin sakitləşmədiyi bölgələrdən məlumatlar daxil edilib. Bu ölkələrə Əfqanıstan, İraq, Yəmən, Nigeriya, Somali, Suriya və Cənubi Sudan aiddir. 2016-cı ildə münaqişə zonalarının sayı maksimuma çatıb. Belə ki, 37 ölkədə eyni vaxtda 53 gərginlik ocağı olub, həmin münaqişə zonalarında Yer kürəsi əhalisinin 12 faizi yaşayıb. Bundan başqa, 69 milyon insan ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Bu, müharibədən sonrakı bütün dövr ərzində ən yüksək göstəricidir.

Tədqiqatlarda DST-nin, Avstraliyanın Kvinslend Universitetinin, Vaşinqton Universitetinin, həmçinin Harvard Universitetinin mütəxəssisləri iştirak ediblər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO