İqtisadi 08.01.2021 13:25

Murov dağı silsiləsinin altından tunellər tikiləcək

Kəlbəcərə yolun tikintisinə artıq başlanılıb.

Rakus.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, ölkə başçısının tapşırıqlarına əsasən, bu istiqamətdə işlərə start verilib:

“Yol Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq, Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın istiqamətlərinə nəzərdə tutulub. Hazırda layihənin hazırlanması istiqamətində işlər gedir. Layihə üzərində axtarış, geologiya və ilkin qiymətləndirmə işləri gedir. Buna paralel olaraq Toğana kəndindən Murov dağı silsiləsi istiqamətinə olan yolun 14 kilometrlik hissəsində tikinti və genişləndirmə, yeni yol yatağının inşası, profilləndirilmə işlərinə başlanılıb.

Ümumi yolun uzunluğu təxminən 190 km-ə yaxındı, lakin layihə işləndikcə avtomobil yolunun uzunluğu dəyişə bilər. Təqribi desək, yolun Toğanalı-Kəlbəcər istiqamətində olan hissəsinin uzunluğu 74 km, Kəlbəcər-İstisu istiqamətində 28 km və Kəlbəcər-Laçın istiqamətinə düşən hissəsi isə 87 km təşkil edir. Layihəyə əsasən yol Göygöl rayonunun Toğanalı kəndindən başlayacaq, Murov dağı silsiləsindən keçərək, Kəlbəcər, İstisu və Laçın istiqamətində davam edəcək. Layihənin ilk 4,5 km hissəsi Toğana kəndinin içərisindən keçir. Layihənin 7, 10 və 13-cü km-liyində mövcud çay körpüləri yerləşir. Onlar yararsız vəziyyətdə olduğu üçün yeni körpülərin layihəsinin hazırlanması və tikintisinə dair işlər də paralel olaraq həyata keçirilir”.

Anar Nəcəfli qeyd edib ki, Murov dağı silsiləsinin altından tunellərin inşası nəzərdə tutulur:

“Layihənin 16 kilometrliyindən Murov dağı silsiləsi başlanır. Həmin yüksəklik 1900, 3250, hətta bəzi yerlərdə 3500 metrə qədər artır. Buna görə də Murov dağı silsiləsinin altından ümumi uzunluqları təxminən 10-12 km-lik tunellərin inşası nəzərdə tutulur. Bu təbii ki, layihə çərçivədə dəqiqləşdiriləcək. Layihənin keçdiyi ərazidə sərt dağlıq və qayalıq relyefin olması nəzərə alınaraq, yolun hərəkət hissəsinin iki zolaqdan başlayaraq, yoxuşlarda əlavə zolaq verilməklə layihələndirilməsi nəzərdə tutulur. Yəni yol iki-üç zolaqlı olacaq.

Tunellərdə isə hərəkət zolaqlarının sayının 4-ə qədər artırılması planlaşdırılır. Hazırda layihə axtarış, geologiya və ilkin qiymətləndirilmə işləri aparılır. Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq, Murov dağı silsiləsinə qədər olan 14 km-lik hissədə isə artıq müəyyən işlərə başlanılıb”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO