Müsahibə 10.02.2025 22:06

“Mxitaristlər ermənilərin keçmişinə dair saxta tarix yazıblar” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi tarix elmləri doktoru, professor Qasım Hacıyev olub. O, Azərbaycanın Cənubi Qafqazda ən zəngin və qədim tarixə malik ölkə olmasından söhbət açıb. Bildirib ki, Azərbaycan ərazisində mövcud olan Azıx, Tağlar, Damcılı kimi mağaralar, qədim insan yaşayış məskənləri, Quruçay və Kür-Araz mədəniyyətinə dair tapıntılar bu barədə qəti fikir söyləməyə əsas verir.

Tarixçi-alim Azərbaycan xalqının dövlətlər, imperiyalar yaratdığını, böyük dövlətçilik ənənəsinə sahib olduğunu vurğulayıb. Qeyd edib ki, Manna, Midiya, Atropatena, Albaniya, Sacilər, Salarilər, Rəvvadilər, Qaraqoyunlu, Ağqoyunlu dövlətləri, Səfəvilər, Əfşarlar imperiyaları, eləcə də xanlıqlar dönəmində ermənilərin bu coğrafiyada dövləti olmayıb. Ona görə də ermənilərin hansısa dövlətçilik ənənəsindən danışması, müəyyən iddialarla çıxış etməsi əsassızdır.

Professor Q.Hacıyev deyib ki, ermənilər Əhəmənilər imperiyası dövründə Dəclə və Fərat çayları vadisində kiçik bir satraplıqda məskunlaşıblar. Onların tarixi Urartu dövlətinə iddia etmələri də absurddur, heç bir tarixi, elmi əsasa malik deyil. Ümumiyyətlə, ermənilərin Cənubi Qafqaza dair qədim tarixi və mədəniyyəti yoxdur. Ermənilərin bu coğrafiyaya XIX əsrin əvvəlində Çar Rusiyası tərəfindən köçürülməsi inkarolunmaz faktdır. Zaman-zaman tarixi Azərbaycan torpaqlarına, xüsusən də Qərbi Azərbaycan ərazisinə köçürülən ermənilər sonradan bu yerlərin əzəli sakinləri olduqlarını iddia ediblər. Məhz Çar Rusiyasının himayəsi, sonrakı dövrdə isə bolşeviklərin dəstəyi ilə Ermənistan adlı süni bir dövlət yaradılıb.

Professorun sözlərinə görə, ermənilərin keçmişinə dair vaxtilə mxitaristlərin saxta tarix uydurma prosesi sovet hakimiyyəti illərində bir sıra “alimlər” tərəfindən davam etdirilib, Cənubi Qafqazdakı xristian abidələrinin, o cümlədən Alban kilsələrinin özününküləşdirilməsinə başlanılıb. Lakin müəyyən zaman keçəndən sonra bəzi erməni alimləri bu saxta tarixi özləri inkar və ifşa ediblər. Hətta ermənipərəst alim kimi tanınan sovet arxeoloq və şərqşünası, akademik Boris Piotrovski elmi məqalələrində hayları ifşa edib. Çünki tarixdə mövcud olmayan bir dövlətin varlığını sübut etmək absurddur.

Q.Hacıyev söyləyib ki, Qriqoryan kilsəsi ətrafında birləşən ermənilər Qafqazda etnik təmizləmə siyasəti həyata keçiriblər. XX əsrin əvvəlində azərbaycanlılara qarşı dəfələrlə törədilən soyqırımları, deportasiyalar buna əyani misaldır. Tarixçi-alim babalarının qədim yurd yeri olan Qərbi Azərbaycandan, o cümlədən Dərələyəz mahalından danışıb, ötən əsrin əvvəlində Kotanlı və İstisu yaxınlığında günahsız, dinc azərbaycanlıların ermənilər tərəfindən qəddarlıqla qətlə yetirildiyini xatırladıb. Bildirib ki, ermənilər azərbaycanlılar yaşayan bir çox kəndləri tamamilə dağıdıb, yer üzündən siliblər.

Vətənsiz qalan insan üçün yaşamağın çətin olduğunu diqqətə çatdıran professor Q.Hacıyev sonda vurğulayıb ki, bu gün Qərbi Azərbaycana qayıdış ümummilli məsələyə çevrilib və soydaşlarımızda tarixi torpaqlarımızı yenidən görmək ümidi artıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 10-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Müsahibə / 10.02.2025 22:06
“Mxitaristlər ermənilərin keçmişinə dair saxta tarix yazıblar” - FOTO - VİDEO
Mədəni / 08.02.2025 22:28
İrəvanda bədii tikmə və xalçaçılıq sənəti - FOTO - VİDEO
Mədəni / 08.02.2025 14:22
Qərbi Azərbaycanın sənət nümunələri – ANONS - VİDEO
Siyasi, Sosial / 07.02.2025 22:06
“Sərhədçilərə dedik ki, ermənilər kulubda bizi öldürmək üçün plan qururlar” - FOTO - VİDEO
Siyasi, Sosial / 07.02.2025 13:18
“Daşnak arvadları atəş açırdılar” – İlham Ələşrəfovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 06.02.2025 22:59
“Ermənilərin etirafı: “İrəvanda Qərbi Azərbaycan qorxusu yaşanır” - FOTO - VİDEO
Təhlil / 06.02.2025 16:58
Trampın ilk rəsmi qonağı – “Yaxın Şərqin Rivierası” – TƏHLİL
Siyasi, Təhlil / 06.02.2025 13:44
Paşinyan yeni müharibəyə sürüklənir – ANONS - VİDEO
Siyasi, Sosial / 05.02.2025 22:24
Ermənistanı son beş ildə 40 mindən çox insan tərk edib - FOTO - VİDEO
Sosial / 05.02.2025 13:25
Ermənistan boşalır – ANONS - VİDEO
Siyasi, Sosial / 04.02.2025 22:10
Almalıq, Alpava, Almalıq, Almalıq çayı – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Mətbuat / 04.02.2025 18:40
“Azərbaycanın sərmayə qoyduğu növbəti ölkə Ermənistan ola bilər” - FOTO - VİDEO
Sosial / 04.02.2025 14:08
Adı 2 dəfə dəyişdirilən türk yurdu – ANONS - VİDEO
Siyasi / 04.02.2025 13:43
“Paşinyan bilir ki, ölkəsinin rifahı Azərbaycan və Türkiyədən asılıdır” – RƏY
Müsahibə, Mətbuat / 04.02.2025 13:29
Makronun Azərbaycan qıcığı – ANONS - VİDEO
Müsahibə / 03.02.2025 22:06
“Hayların tarixinin uydurma olduğunu sübut edən erməni alimini “Asala” qətlə yetirib” - FOTO - VİDEO
Təhlil / 03.02.2025 16:32
İran irqçiliyi – “Traktor” tərəfdarlarına qərəzin sirri – TƏHLİL
Siyasi, Təhlil / 03.02.2025 11:23
Aİ missiyası müşahidə adı altında kəşfiyyat izləmələrini davam etdirir - FOTO
Elm və təhsil / 03.02.2025 09:57
Avropa Azərbaycanlıları Mühəndislər İttifaqı yaradılıb
Mədəni / 01.02.2025 22:46
Alban -türk memarlığını fərqləndirən əsas əlamətlər - FOTO - VİDEO
Mədəni / 01.02.2025 14:45
Qərbi Azərbaycanda dağıdılan memarlıq nümunələri – ANONS - VİDEO
Siyasi, Sosial / 31.01.2025 21:31
“Hamilə qadınlar yolda stresdən doğum edərkən övladları tələf olmuşdu” - FOTO - VİDEO
Siyasi / 31.01.2025 16:34
Avropa missiyasının vaxtı niyə uzadıldı? - FOTO - VİDEO
Siyasi, Sosial / 31.01.2025 13:14
“Qaçqın düşəndə 4 yaşım vardı” – Ceyhunə Şirəliyevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
İqtisadi / 31.01.2025 09:38
İİTKM-də görüş – yeni reallıqlar və parlament diplomatiyası - FOTO
Siyasi, Təhlil / 30.01.2025 22:43
Gürcüstan-Ermənistan yolunun əhəmiyyətli hissəsi Azərbaycanın nəzarətinə keçir“ - FOTO - VİDEO