Elm və təhsil 25.12.2023 17:23

“Nakam Aşiq” kitabı çapdan çıxıb

Bu günlərdə Novrəs İmanın yaradıcılığının təhlilindən bəhs edən “Nakam aşiq” adli kitabı işıq üzü görüb.

Rakus.az xəbər verir ki, “İmza” nəşrlər evində nəşr olunan kitabın müəllifi tədqiqatçı-ilahiyyatçı Hacı Həsən Hüseyni, ön sözün müəllifi şair-publisist Qılman İman, redaktoru isə tədqiqatçı-jurnalist Araz Yaquboğludur. Kitabda Novrəs İmanın müxtəlif dini şeirlərinin təhlilindən bəhs edən 10 məqalə, Novrəs İmanın deyişmələri, ona ithaf olunan Zakir Şəhriyazın, Adilə Nəzərin və Şamama Ələsgərlinin şeirləri də yer alıb.

Geniş ictimaiyyətə təqdim olunan 424 səhifəlik kitab Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu Elmi Şurasının qərarı və “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin dəstəyi ilə çap olunub.

Xatırladaq ki, müəllif Hacı Həsən keçən il böyük ustadımız, Novrəs İmanın əmisi Dədə Ələsgərdən bəhs edən “Əhli-beyt (ə) aşiqi Dədə Ələsgər” kitabını da oxucularına təqdim edib. Həmin kitabda 14 elmi məqalə ustadın 200 illik yubileyinə ithaf olunub.

“Nakam aşiq” kitabı haqqında “Redaktordan” başlıqlı yazıda tədqiqatçı-jurnalist Araz Yaquboğlu belə yazıb: “Müəllif aşıq-şairin dini səpkili şeirlərini geniş təhlil edib. Belə ki, şeirlərdə olan ifadələrə, fikirlərə “Qurani-Kərim”in surələrindəki ayrı-ayrı ayələrdən sitatlar gətirib, hədis və digər müəlliflərin fikirlərindən də istifadə edərək fikirlərini aydın çatdırıb. Müəllif bəzən Novrəs İmanın söylədiyi fikirlər ilə üst-üstə düşən onun müasirlərinin, sələflərinin və xələflərinin də şeirlərindən nümunələr verib. Bu da məqalələri daha da mükəmmələşdirmiş, zəngin edib”.

Kitab elmi və yaradıcı insanlar üçün dəyərli töhfədir.

XƏBƏR LENTİ
Müsahibə, Video müsahibə / 25.12.2023 21:16
“Erməni qonşumuz Heydər Əliyevin şəklini evimizdən oğurlamışdı”- MÜSAHİBƏ
Elm və təhsil, Mədəni / 25.12.2023 17:23
“Nakam Aşiq” kitabı çapdan çıxıb
Siyasi, Sosial / 24.12.2023 16:05
Qayabaşı kənd icmasının ilk iclası keçirilib
Hadisə, Mətbuat / 23.12.2023 21:04
Zəngəzurda azərbaycanlıların ən geniş məskunlaşdığı Qafan rayonu - FOTO - VİDEO
Elm və təhsil, İdman / 23.12.2023 10:00
Möhtəşəm bir gün – Xalqın Xankəndi sevgisi
Elm və təhsil, Gündəm, Video müsahibə / 22.12.2023 21:30
“Ləmbəlidən gətirilən torpağı hələ də evimdə saxlamışam” - FOTO - VİDEO
Dünya, Təhlil / 22.12.2023 16:37
İrəvan-Tehran dostluğu – Acın canı yalançının əlindədir – TƏHLİL
Maraqlı, Sosial / 22.12.2023 13:02
“Ermənilər dedilər ki, çıxıb getməlisiniz” – Ceyran Ənsərin “Həyat Hekayəsi – ANONS - VİDEO
Siyasi / 21.12.2023 21:19
İrəvan, Zəngəzur və Göyçə danışıqlar masasına çıxarılır - FOTO - VİDEO
Təhlil / 21.12.2023 16:41
“exitMDB”yə ismarış – KTMT-dən uzaqlaşan Ermənistan“ – TƏHLİL
Dünya, Siyasi, Təhlil / 21.12.2023 13:36
Paşinyanın xəritə oyunu – Qərbi Azərbaycan Xronikası – ANONS - FOTO - VİDEO
Maraqlı, Siyasi / 20.12.2023 20:55
Cəlaloğlunun Stepanavan adlandırılmasının sirri - FOTO - VİDEO
Siyasi / 20.12.2023 13:14
Əli Hüseynli: “Seçkiləri boykot etmək siyasi mədəniyyətsizlikdir”
Siyasi, Sosial / 20.12.2023 12:54
Cəlaloğlu niyə Stepanavan oldu? – ANONS - VİDEO
Siyasi / 20.12.2023 10:30
İrəvanın növbəti riyakarlığı – QAİ bəyanat yaydı
Elm və təhsil, Sosial / 19.12.2023 22:58
Beş dinin adətlərini yaşadan Kürmük və Baba Hacını nə birləşdirir? - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 19.12.2023 19:05
“Erməni tarixçiləri də Njdenin qanlı hərəkətlərini təsdiq edirlər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Gündəm, Siyasi / 19.12.2023 17:04
Paşinyanın yalanları və səfirlərə “əriştə qonaqlığı” – TƏHLİL - FOTO
Elm və təhsil, Sosial / 19.12.2023 13:57
Baba Hacı məqbərəsi – harmoniya simvolu – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 19.12.2023 13:38
“Ermənilərin Bakı və ya Tiflis iddiası” – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 18.12.2023 21:53
“Ermənilər məscidə sığınan 400 azərbaycanlını amansızlıqla qətlə yetiriblər”- MÜSAHİBƏ - FOTO - VİDEO
Texnologiya / 18.12.2023 19:53
“Report” və “Baku TV-Ru” “NETTY 2023” mükafatının qalibi olub - FOTO
Dünya, Təhlil / 18.12.2023 17:01
Avropa İttifaqının nüfuzuna ziyan vuran Fransa – TƏHLİL
Elm və təhsil, Maraqlı / 16.12.2023 20:56
Qədim Şaman inancını yaşadan Bala Məzrə kəndi - FOTO - VİDEO
Siyasi, Təhlil / 16.12.2023 10:01
Səksən ildir dinc həyat tərzi sürməyən fələstinlilər – TƏHLİL - FOTO
Elm və təhsil, Hadisə, Sosial / 15.12.2023 20:12
“Bizi Yevlaxda vaqonlardan düşürüb at arabaları ilə kəndlərə payladılar” - FOTO - VİDEO