Mədəni 01.01.2020 01:12

Narınc Xatunun xatirəsinə konsert keçirildi – foto - FOTO

Beynəlxalq Muğam Mərkəzində “Aşıq Pəri” məclisinin qurucusu, Əməkdar mədəniyyət işçisi Narınc Xatunun xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib.

Rakus.az xəbər verir ki, konsert “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində təşkil olunub.

Gecədə çıxış edən folklorşünas, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli bildirib ki, 1984-cü ildə Xalq şairi Hüseyn Arif və Narınc Xatun belə bir məclisin ərsəyə gəlməsini qərara alıblar. Aşıq Ulduz, aşıq Solmaz və digərləri Borçalını qarış-qarış gəzərək orada yaradıcı xanımları axtarıb tapıblar. Bütün Azərbaycan Göyçə şairləri haqda məlumatlanıb və getdikcə məclis böyüməyə başlayıb. İllər boyu bu məclisə unudulmaz sənətkarımız Narınc Xatun rəhbərlik edib. Lakin Hüseyn Arifin də, Zəlimxan Yaqubun da diqqəti daim bu məclisin üzərində olub. Məclisdə çox böyük istedadlar yetişib. Belə ki, qadın aşıq sənəti qədim qaynaqlara söykənir. Bir çox dastanlarda kişilərlə meydanda deyişən qadın aşıqlar haqqında məlumatlar var.

“Aşıq Pəri” məclisinin bədii rəhbəri, şair-publisist Güllü Eldar Tomarlı çıxış edərək deyib: “Narınc Xatunun səsini-sədasını çox eşitmişdim. Sinəsində bir şair ürəyi döyünürdü, qəlbində poeziyaya abidə ucaltmışdı. Məclislərdə ozan dədələr, ustad aşıqlar onun sözünə köklənərdilər, havalarını-havacatlarını onun ruhuna uyğun bəstələyərdilər. Onun işığına, ziyasına neçə-neçə sənət vurğunları axıb gəlib. Bu ocaq “Aşıq Pəri” məclisi adı ilə dillərdə dastan olub. İl üstə il gəldikcə, zaman üstə zaman calandıqca “Aşıq Pəri” məclisinin səsi-sədası ellərdən-ellərə, ölkələrdən-ölkələrə yayılıb”.

Bildirib ki, “Aşıq Pəri” məclisinin daha güclü olması üçün Narınc Xatun yaradıcılığına üz tutmaq, yaradıcılığından bəhrələnmək lazımdır. Narınc Xatun “Aşıq Pəri” məclisində sazın-sözün ahəngini yaradıb, sazla sözü qoşalaşdırıb. Onun səyyar xəyalı Borçalını, Təbrizi, güneyli-quzeyli Azərbaycanı dolaşıb. Dolaşdıqca yeni-yeni incilər tapıb, üzə çıxarıb. Onları təsbeh kimi bir sıraya düzüb və durna qatarı kimi göy üzünə pərvazlandırıb.

Sonra söz “Aşıq Pəri Məclisi”nin sədri, şairə Pərvanə Zəngəzurluya verilib. O da Narınc Xatunun Azərbaycan aşıq sənətinin təbliği, xüsusilə də qadın aşıqlarımızın tanıdılması yolunda əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Narınc Xatunun böyük zəhməti sayəsində yaradılan “Aşıq Pəri” məclisi ötən müddət ərzində şərəfli yol keçib və bu gün də öz ənənəsinə sadiq qalaraq Azərbaycan xalqının saz və söz sənətinin təbliğinə öz töhfəsini verməkdədir.

“Aşıq Pəri” məclisinin “Azərbaycan qadın aşıqları” silsiləsindən olan tədbirində ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Gecədə Narınc Xatunun şeirləri səsləndirilib və qadın aşıqların ifasında el havaları dinlənilib.

Xatırladaq ki, Narınc Xatun 1930-cu ildə Neftçala rayonunda anadan olub. İlk şeirləri orta məktəb illərində yerli mətbuatda dərc edilib. Aşıq Mikayıl Azaflı ilə birlikdə “Azaflı və Narınc Xatun dastanı” yaradıblar. Şairin “Burla xatun nəvəsiyəm” adlı şeirlər toplusu 2002-ci ildə işıq üzü görüb. XX əsrin sonlarına yaxın Narınc Xatun Aşıq Pərinin xatirəsini yaşatmaq üçün “Aşıq Pəri” yaradıcılıq məclisini yaradıb. Narınc Xatun uzun illər Azərbaycan Aşıqlar Birliyinin nəzdindəki “Aşıq Pəri” məclisinə rəhbərlik edib.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO