İqtisadi 12.06.2019 21:17

Naxçıvana yeni teplovoz gətirildi - FOTO

Naxçıvan dəmir yolunda lokomotivlərə olan tələbat nəzərə alınaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun tapşırığına əsasən “ÇME 3” seriyalı 6069 saylı yeni manevr teplovozu “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilib.

Rakus.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası işğalçı ölkə tərəfindən blokadaya salındığı üçün ölkəmizlə qədim diyarın birbaşa dəmir yolu əlaqəsi olmadığına görə daşımalar əsasən avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir. Yüklərin muxtar respublikaya çatdırılmasında Gürcüstan və Türkiyə üzərindən keçən avtomobil yolundan da geniş istifadə olunur. Yeni teplovoz da xüsusi avtoqoşqular vasitəsilə Gürcüstan və Türkiyə üzərindən keçməklə iyunun 12-də muxtar respublikaya gətirilib.

Teplovozdan dəmir yolunda manevr işlərinin aparılmasında, qatarların təhlükəsiz və maneəsiz hərəkətinin təmin olunmasında, sərnişinlərin vaxtında mənzil başına çatdırılmasında, həmçinin Ordubad-Culfa istiqamətində hərəkət edən yük-sərnişin qatarlarında dartı vasitəsi kimi istifadə olunacaqdır.

Qeyd edək ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb, vağzal binaları, stansiyaların idarəetmə mərkəzləri, inzibati və yardımçı binalar əsaslı təmir olunub. Yeni avadanlıqların, maşın və mexanizmlərin, vaqonların alınıb gətirilməsi, yolların əsaslı təmiri və yenidən qurulması yük və sərnişindaşımalarının etibarlılığını təmin edib.

Muxtar respublikada dəmir yol-nəqliyyat kompleksinin yenilənməsi, bu sahənin texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər 2019-cu ildə də davam etdirilir. Yeni teplovozun muxtar respublikaya gətirilməsi də görülən işlərin davamıdır.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO