Hərbi 04.09.2020 14:47

Naxçıvanda hərbçilər COVID-19-dan qorunur - FOTO

Rakus.az xəbər verir ki, Müdafiə Nazirliyindən  verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq hazırda tikinti işlərinin aparıldığı və MDB məkanında ən böyük hərbi xəstəxanalardan olacaq Naxçıvan Muxtar Respublikası Mərkəzi Hərbi Hospitalını misal göstərmək olar.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2018-ci il mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsində yeni hərbi xəstəxananın açılışında iştirak etməsi dövlət qayğısını hər zaman üzərilərində hiss edən hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradıb.

Tibbin ən son nailiyyətlərindən olan avadanlıqlarla təchiz edilmiş hərbi hissələrin xəstəxana və tibb məntəqələrində müxtəlif bölmə, kabinə və laboratoriyalar fəaliyyət göstərir. Bütün hərbi xəstəxanalarda şəxsi heyətə ilkin tibbi yardım göstərmək üçün sarğı, prosedur və təxirəsalınmaz yardım otaqları mövcuddur. Müalicə və müayinə olunan hərbi qulluqçuların qidalanması və asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanılır. Hərbi tibb personalı yaradılan hərtərəfli şəraitdən istifadə edərək hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərmək üçün əllərindən gələni əsirgəmirlər.

İstər həkim, istərsə də orta tibb işçilərinin peşəkarlıqlarının artırılması məqsədilə hərbi tibbi hazırlıq üzrə məşğələlərlə yanaşı təkmilləşdirmə kursları da keçirilir. Təxliyə qruplarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində müasir təcrübənin öyrənilməsi və tətbiqi daim diqqət mərkəzindədir. Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən birgə döyüş atışlı taktiki və taktiki-xüsusi təlimlərdə tibb təminatının yüksək səviyyədə təşkili üçün hərbi həkim heyəti praktiki fəaliyyətlərə cəlb edilir. Təlimlər zamanı peşəkar tibb personalı döyüş meydanından yaralıların səhra şəraitində açılmış tibb məntəqəsinə təxliyəsini və tibbi yardımın göstərilməsini məşq edirlər.

Muxtar respublika ərazisində koronavirus infeksiyasına qarşı aparılan zəruri qabaqlayıcı profilaktik tədbirlər çərçivəsində Naxçıvan Qarnizonu Qoşunlarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilərək sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Şəxsi heyətin sağlamlığı vacib amil olduğundan hərbi hissələrin xəstəxana və tibb məntəqələri bütün tibbi ləvazimatlarla təmin edilib və hərbi qulluqçuların gigiyena qaydalarına düzgün əməl etmələri üçün profilaktik tədbirlər görülür. Həyata keçirilən sanitariya-gigiyena, əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya işlərinin nəticəsidir ki, hazırda dünyanın mübarizə apardığı xəstəliklərdən uzaq olan hərbi qulluqçularımız “Təlimdə tər, döyüşdə zəfər” prinsipi ilə real döyüş şəraitində keçirilən təlimlərdə bütün tapşırıqları peşəkarcasına yerinə yetirir və ayıq-sayıq döyüş növbətçiliyi aparırlar.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO