Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə şəhid övladına planşet hədiyyə edib.
Rakus.az xəbər verir ki, sosial şəbəkədə paylaşılan məlumatda bildirilib ki, aprel şəhidi Raquf Orucovun məktəbli oğlu Nihad Oruclu nazir Ramin Quluzadə ilə görüşdə planşetinin köhnə olduğunu deyib.
Nazir isə ona planşet hədiyyə edəcəyinə söz verib və qısa vaxtda hədiyyəni şəhid övladına çatdırılıb.