Mədəni 02.10.2019 16:57

Nazirlik Mikayıl Müşfiqin büstünün götürülməsinə razılıq verib

Vəziyyətindən asılı olamayaraq, Mikayıl Müşfiqin büstünün bu cür götürülməsi o qədər də xoş hal deyildi.

Rakus.az xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Mikayıl Müşfiqin xatirəsinə ucaldılmış büstün aşırılmasına münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, nazirlik büstün götürülməsinə razılıq verib:

“Mikayıl Müşfiqin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən parkdakı büstü 1990-cı illərdə qoyulub. Böyük şairin xatirəsinə ucaldılan, vaxtilə gibs və betondan hazırlanan büst qeydiyyatda olan tarixi abidə deyildi. Sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar cəmiyyətə  dəqiqləşdirilməmiş formada çatdırılır.

Sentyabr ayında Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Nazirliyinə müraciət olunub.

Müraciətdə həmin parkda əsaslı təmir-bərpa işlərinin aparılacağı və demək olar ki, baxımsız vəziyyətdə qalan büstün götürülməsi və yerinə qranit materialdan daha gözəl və keyfiyyətli büstün hazırlanması təklif olunub.

Nazirlik bu müraciətə müsbət cavab verib. Bir məqam var ki, büstün hansı vəziyyətdə olmasından asılı olmayaraq, yayılan videogörüntülərdə əks olunan şəkildə götürülməsi xoş olmayıb. Amma bir məqam da var ki, o, büstü başqa formada götürmək olmurdu.

Parkda aparılacaq təmir-bərpa işləri yekunlaşdıqdan sonra böyük şairimiz Mikayıl Müşfiqin xatirəsinə daha keyfiyyətli görünüşlü büstü hazırlanacaq. Yenə qeyd edirəm ki, nazirlik büstün götürülməsinə müsbət cavab versə də, büstün videogörüntüdə əks olunan tərzdə götürülməsindən təəssüf hissi keçirir”.

Xatırladaq ki, Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki parkda şair Mikayıl Müşfiqin abidəsi ekskavatorla aşırılıb. Həmin görüntülər sosial şəbəkədə narazılığa səbəb olub. (Oxu.Az)

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS