Nazirlik qərargah rəislərini topladı
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan Ordusunun qoşun növləri və birliklərinin qərargah rəisləri, həmçinin Müdafiə Nazirliyinin baş idarə və xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin müavinlərinin iştirakı ilə əməliyyat toplanışı keçirilib.
Rakus.az nazirliyə istinadla xəbər verir ki, toplanışın keçirilməsində məqsəd əməliyyatlara hazırlıq zamanı qərargahların işinin təşkili və döyüş fəaliyyətlərinin hərtərəfli təminatının planlaşdırılması, qoşun növləri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, eləcə də qərargahlarda döyüş sənədlərinin müvafiq tələblərə uyğun işlənilməsi, o cümlədən hərb sənəti və qoşunların idarə edilməsi üzrə bilik və bacarıqların təkmilləşdirilməsi olub.