Gündəm 19.04.2019 06:06

“O, başdanxarabdır” – Nazpərinin QARDAŞI

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağalar Dostəliyev qızı Pərvanənin onun haqda iddialarına cavab verib.

Rakus.az xəbər verir ki, A.Dostəliyev qızının ittihamlarını əsassız sayaraq bildirib:

“O, başdanxarabdır, anası dəlixanada da yatıb. Mən onu bir körpəlikdə, bir də bulvarda görüb, şəkil çəkdirmişəm. Onun anası xəstədir, oğurluq üstündə türməyə düşüb. Onlardan uzaq gəzirdim, onlara reklam lazımdır. Deyiblər ki, belə danış, səni qabağa çəkək. Ağzına gələni danışır, gah deyir qorxuram, gah deyir hamınızı öldürərəm. Mənim ailəm, oğlum var. Hamısı yanımdadır. İşdən çıxıb, evimə gedirəm”.

Dostəliyev Pərvanənin anası Şəhla ilə necə tanış olmasından da söz açıb:

“Onun anasını dostumun ad günündə gördüm. Onları iki rəfiqə bir qadın gətirmişdi. Yeyib-içəndən sonra otelə getdik. Həftədə bir dəfə yanıma gəlirdi. Sonra gördüm ki, başı xarabdır, əl çəkmir. Dedim ki, yanıma gəlmə, amma gəlirdi. Bir-iki sillə vurdum, getdi məni tutdurdu. Neçə dəfə məni həbs etdirib. İndi də məndən əl çəkmirlər”.

Ağalar bildirib ki, Nazpərinin bu hadisədən xəbəri yoxdur:

“Yazıq bacımın bunlardan xəbəri yoxdur, heç sifətlərini bir dəfə də görməyib. Nə onu, nə də anasını… Cavanlıqda fanatlarım var idi. Onları bacılarımla tanış etməyəcəkdim ki? Doğrudan da, qızımsansa, atana niyə belə ləkə yaxırsan? Deyir ki, 6 yaşında ona təcavüz etmişəm. Gəlsin, görək, harada olub? Belə biabırçılıq olar? İnterpola vermişik, onu buraya gətirdəcəyik. Məni camaat tanıyır, namuslu-qeyrətli adamam. Başqasının xanımına belə baxmıram. Ana-bala ikisi də manyakdılar.

Qızım (Pərvanəni nəzərdə tutur – red.) çayxanalarda oxuyur, 3-5 manat pul qazanır. Mənim ailəm var, iki oğlum var idi, o kimdir ki, onu boynuma götürüm? Əgər mənim qızımdırsa, DNT analizinə gedək. Bir həftədi görüşürdüm, anası dedi ki, səndən üç aylıq hamiləyəm. Ona görə, anasını döydüm, qovdum. Məni məhkəməyə çağırdılar, amma DNT analizi etmədilər. O vaxtı prokuror var idi, dedi ki, sənin soyadını verirəm ona. Prokuroru söydüm ki, soyadımı qıza vermə. Məndən sonra soyadımı ona veriblər”.

Pərvanəni həyatında cəmi iki dəfə gördüyünü deyən Dostəliyev onun “Azəri star”dakı iştirakından da danışıb:

“Anası evini satıb, 1400 dollar İlhamə Quliyevaya pul verdi ki, onu “Azəri star”a keçirsin, İlhamə dedi ki, sənin səsin yoxdur. Dünən ona zəng vurdum, dedim ki, camaat məni yaxşı tanıyır, böhtan atma”.

Xatırladaq ki, Pərvanə Dostəliyeva açıqlamasında 6 yaşında atası tərəfindən dəfələrlə cinsi zorakılığa məruz qaldığını, bibiləri Nazpəri və Zeynəb Dostəliyevanın onun həyatını məhv etdiyini deyib. (Axşam.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO