Sosial 07.12.2019 15:14

Nəcəf müəllim cəmiyyət üçün örnəkdir - FOTO

           

Nəcəf Həsən oğlu Nəcəfov Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar müəllim, akademik M.Mehdizadə və Qızıl qələm mükafatı laureatıdır. 1935-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Oxçuoğlu kəndində anadan olmuşdur. Atası Qazaxıstana sürgün edilmişdir. 1942-1949-cu illərdə həmin kənddə 7 illik məktəbdə oxumuş, sonra Xanlar Pedaqoji Məktəbinə daxil olmuş, 1953-cü ildə həmin məktəbi bitirərək bir il Amasiya rayonunun Təpəkənd kənd 7 illik məktəbində müəllim işləmişdir. 1954-cü ildə Zərdabi adına Gəncə Pedaqoji İnstitutuna daxil olmuş, 1959-cu ildə oranın tarix-filologiya fakültəsini fəqlənmə diplomu ilə bitirmişdir. 1959-1969-cu illərdə Şamaxı rayonunun Sündü, Nərimankənd orta məktəblərində müəllim, direktor müavini işləmişdir. 1969-cu ilin avqustunda Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutuna işə dəvət edilmiş, orada metodist, kabinet müdiri vəzifələrində çalışmışdır. 1974-cü ilin iyunundan Azərbaycan SSR Maarif Nazirliyinə Mərkəzi aparatına irəli çəkilmiş, 1976-1988-ci illərdə nazirliyin kadrlar idarəsinin rəisi vəzifəsində çalışmışdır.

Üç nazirlik birləşəndən sonra 1988-1998-ci illərində Təhsil Nazirliyində baş inspektor, Baş idarə rəisi və kadrlar idarəsi rəisinin müavini, Baş inspeksiyanın şöbə müdiri, 1998-2000-ci illərdə Təhsil Problemləri üzrə Respublika Elmi-Metodiki Mərkəzin direktoru (kollegiya üzvü) vəzifələrində çalışmışdır. 1995-ci ildən “Azərbaycan məktəbi” jurnalının redaksiya heyətinin üzvüdür. 2000-ci ilin sentyabrından 2006-cı ilin oktyabrına qədər Azərbaycan Təhsil Nazirliyində dərslik və nəşriyyat şöbəsinin müdiri olmuşdur. 2006-cı ilin oktyabrından “Azərbaycan məktəbi” jurnalının baş redaktorudur. 2005-ci ildən respublikanın Əməkdar müəllimidir. 2012-ci ildən ADPU-nun dosentidir. “Şərəf nişanı” ordeni, “SSRİ maarif əlaçısı”, Azərbaycanın qabaqcıl təhsil işçisi döş nişanları ilə təltif olunmuşdur.

1953-cü ildə ilk dəfə Xanlar rayonunun “Namuslu zəhmət” qəzetində məqalələr və şeirlərlə çıxış etmiş, sonra “Kirovabad kommunisti”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat qəzeti”, “Kommunist”, “Бакинский рабочий” qəzetlərində, “Ulduz”, “Azərbaycan məktəbi”, “Azərbaycan dili və ədəbiyyatı tədrisi”, “Kimya və biologiyanın tədrisi”, “Məktəbdə bədən tərbiyəsi”, “Русский язык в азербайджанский школе” və b. mətbuat orqanlarında, həmçinin “Нородное образование” jurnalında, “Учительская газета”да, Qazaxıstanın “Turan”, Özbəkistanın “Zərəfşan” qəzetlərində məqalələri dərc olunmuşdur. Orta ümumtəhsil məktəbləri üçün “Ədəbiyyat” (IX sinif) dərslik, X və XI sinifləri üçün “Ədəbiyyat müntəxəbatı” (X və XI siniflər üçün) dərs vəsaiti, təlimi rus dilində olan məktəblərin VII sinfi üçün “Azərbaycan dili”, təlim Azərbaycan və rus dilində olan ümumtəhsil məktəblərinin VIII-XI sinifləri üçün “İnsan və cəmiyyət” (“Человек и общество”) dərsliklərinin, ali məktəblər üçün “XX əsr Azərbaycan ədəbiyyatşünaslığı məsələləri” dərs vəsaitinin, ümumtəhsil məktəblərinin V-XI siniflər üçün ədəbiyyat, ali məktəblərin filologiya fakültəsi üçün “XX əsr Azərbaycan ədəbiyyatı” proqramlarının həmmüəlliflərindəndir. 12 dərslik və kitabçanın elmi redaktorudur.

Qəzet və jurnallarda 100-dən çox məqaləsi dərc olunmuşdur.

Türkiyə, İngiltərə, Hollandiya, İtaliya, həmçinin MDB məkanındakı ölkələrdə (Rusiya, Ukrayna, Belarus, Moldova, Özbəkistan, Qırğızıstan, Baltikyanı ölkələr) təcrübə mübadiləsi, yaradıcılıq ezamiyyətlərində olmuşdur.

1971-ci ildə Azərbaycan SSR Maarif Nazirliyinin “Qabaqcıl maarif xadimi”, 1981-ci ildə “SSRİ Maarif Əlaçısı”, 1958-ci ildə Ümumittifaq Komsomolunun “Xam torpaqlardan istifadəyə görə” döş nişanları ilə, 1987-ci ildə “Şərəf nişanı” ordeni ilə, 2009-cu ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir. Qazaxıstan Komsomolunun, Təhsil Nazirliyi və digər təşkilatlarının fəxri fərmanlarını almışdır.

1975-ci ildə Nizami adına Ədəbiyyat və Nəsimi adına Dilçilik İnstitutunun Birləşmiş elmi şurasında “Salman Mümtazın ədəbi və elmi fəaliyyəti” mövzusunda dissertasiya müdafiə edib, filologiya elmləri namizədi adını almışdır.

SSRİ müəllimlərinin mövcud olduğu sürəcə keçirmiş olduğu üç qurultayından üçüncüsünün 1978-ci ildə keçirilən III qurultayının nümayəndəsi olmuşdur.

Üç il Təhsil Nazirliyinin kollegiyasının üzvü olmuşdur.

Akademik M.Mehdizadə mükafatı laureatıdır.

Ailəlidir dörd övladı, 8 nəvəsi vardır.

 

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO