skip to Main Content
Müsahibə 22.05.2019 16:14

“Neftçi”nin ingiltərəli direktoru ingilislərə səsləndi 

 

“Neftçi” Futbol Akademiyasının ingiltərəli direktoru Mik Benetin  Bakıdaa keçiriləcək Avroliqanın final oyunu ilə bağlı fikirlərini bildirib.

Rakus.az müsahibəni təqdim edir.

– Mayın 29-da Avropa Liqasının final oyununda iki İngiltərə klubu “Arsenal” və “Çelsi” üz-üzə gələcək. Yəqin ki, həmin gün özünüzü evinizdəki kimi hiss edərsiniz…

– Bəli, eyni ölkənin iki komandasının Avropa Liqasının finalında görüşməsi hər dəfə baş verən hadisə deyil. Bu il unikal ildi, Çempionlar Liqasının finalında da 2 İngiltərə komandası – “Liverpul” və “Tottenhem” qarşılaşacaq.

– Final matçı ilə bağlı proqnozunuz nədi?

– Məncə, oyun heç-heçə nəticələnəcək, əlavə vaxta və penaltilərə qədər uzanacaq. Düşünürəm ki, “Arsenal” bütün potensialı ilə oynasa, qalib gələcək.

– Yəqin ki, həmin gün tribunada olacaqsınız. Maraqlıdı, hansı komandaya azarkeşlik edəcəksiniz?

– Üstünlük verdiyim komanda yoxdu, sadəcə, ümid edirəm ki, maraqlı final olar.

– “Arsenal” tərəfi finala vəsiqə qazandığı ilk gündən həlledici oyunun Bakıya salınmasına narazılığını bildirib. Gah uzaq yoldan, gah bilet sayından şikayət etdilər, son olaraq da Henrik Mxitaryanla bağlı narahatlıqlarını dilə gətirdilər. Sizin bu məsələyə münasibətiniz necədi?

– Biletlərin sayından narazılıqlarını başa düşürəm. “Arsenal” böyük klubdu və müntəzəm olaraq ev oyunlarında 59000-dən çox azarkeşləri olur. Lakin düşünmürəm ki, uzaq yol problemdi. Mxitaryanla bağlı mövzuya fikir bildirə bilmərəm.

– Azərbaycanda yaşayırsınız və ölkəmizdə təşkil edilən bir çox böyük idman tədbirlərinin canlı şahidi olmusunuz. Necə fikirləşirsiniz, Azərbaycan hökumətinin təhlükəsizliklə bağlı hər cür təminatı verdiyi halda “Arsenal” tərəfi niyə oyunçusunu gətirməkdən imtina etdi?

– Düşünürəm ki, onların Azərbaycan barədə və bu ölkənin Avropa Oyunları, “Formula-1” kimi tədbirlərə ev sahibliyi etməsi haqda kifayət qədər məlumatları yoxdu. Əminəm ki, araşdırma aparsaydılar, heç bir problem olmadığını görərdilər.

– Britaniya mətbuatının dayanmadan bu məsələni şişirtməsinə baxmayaraq, siz də daxil olmaqla, bu ölkənin Azərbaycanda fəaliyyət göstərən tanınmış simaları səssiz qalıb. Maraqlıdı, onlara mesajınız nə olar?

– Bakı ziyarət etmək üçün gözəl şəhərdi, çoxlu mədəniyyət və valehedici arxitekturası var. Təhlükəsizlik baxımından dünyadakı ən təhlükəsiz şəhərlərdən biri olduğunu söyləyə bilərəm. Əminəm ki, tədbir ölkə üçün böyük uğur olacaq. (Matc.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO
Back To Top
×Close search
Axtar