Siyasi 24.01.2025 21:45

“Anam su içəndə də deyirdi ki, yox, İravanın suyu tam başqadır” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Nənəmin və babamın ürəyində həmişə İrəvan kimi ağrı olub” adlı veriliş əslən İrəvan şəhərindən olan Qərbi azərbaycanlı Fəridə Səfiyevanın həyat hekayəsinə həsr olunub.

 

O, Bakıda dünyaya göz açsa da, ailəsinin İrəvan əsilli olduğunu deyib: “Anamgilin böyük bağları var idi və uzun müddət şəhərin lap mərkəzində, indi İrəvanın baş meydanı tərəfdə evləri olub. Sonradan atası Gedərçayın ətrafında olan Azərbaycan məhəllələrində böyük bir imarət tikdirib və onlar orada məskulaşıblar. Həmişə anamın, nənəmin, babamın ürəyində İrəvan həsrəti, ağrısı olub. Uşaqlıqdan yadımdadır, anam su içəndə də deyirdi ki, yox, İravanın suyu tam başqadır. Meyvə yeyəndə deyirdilər, yox, İravanın meyvəsi tam başqadır. Mən orta məktəbdə oxuyanda hər il İrəvana yay tətilinə gedirdim. Babam uzun müddət İrəvanda prokurorluq sistemində işləyib. Lakin ermənilər ona şər atıblar və müharibə dövründə Sibirə sürgünə göndərilib. Nənəm müharibə dövründə 5 övladını çox çətinliklə saxlayıb”.

Onun sözlərinə görə, ana və dayıları Axundov adına məktəbdə, Azərbaycan mühitində oxuyublar: “Nənəm, babam o vaxt danışırdılar ki, İrəvanda erməni adında küçə yox idi. Hamısı Azərbaycan küçəsi idi. Küçələrin adı Azərbaycan adları idi. İnsanlar, ətraf tamamilə azərbaycanlılar idi. Müharibədən sonrakı dövrdə ermənilərin planlı şəkildə İrəvana məskunlaşdırılması vəziyyəti xeyli dəyişdirdi”.

İrəvan əsilli Qərbi azərbaycanlı bildirib ki, Stalinin ölümündən sonra, 1953-cü ildə babam Sibirdən sürgündən qayıdıb: “Ermənilər babama İrəvanda iş verməyiblər. Ondan sonra babam ailəsini də götürüb 1956-cı ildə Bakıya köçməyə məcbur olub. Lakin qoca nənəm 1988-ci ilədək İrəvanda yaşayırdı və şəhəri tərk etmək istəmirdi. Departasiyaya uğrayan qohumlarımız çox idi. Onların bəziləri çox çətinliklə Şəmkir tərəfə gedib, sonradan Bakıya gəlmişdilər”.

F.Səfiyeva sonda Vətən həsrətinin ağrılı olduğunu vurğulayıb: “Nənəmin həmişə xısın-xısın ağladığını görəndə başa düşürdüm ki, doğurdan da doğma yurddan ayrılmaq nə deməkdir. Vətəni görə bilməmək ağır bir dərddir. Qarabağ alınandan sonra hər bir azərbaycanlının içində Qərbi Azərbaycana dönmək istəyi yaranıb. İndi hər bir azərbaycanlının ürəyində ümid, böyük inam var ki, biz  tezliklə ana, ata, baba torpaqlarımıza mütləq qayıdacağıq. Əminəm ki, ayağımı o torpağa yenə qoyacam, Gedərçayın o gözəl şırıltısını eşidəcəm, o torpaqdan bir ovuc gətirib əzizlərimin qəbirləri üstünə tökəcəm”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 24-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 24.01.2025 21:45
“Anam su içəndə də deyirdi ki, yox, İravanın suyu tam başqadır” - FOTO - VİDEO
Təhlil / 24.01.2025 16:54
Rəsmi İrəvanın ziddiyyətli adımları – Paşinyanın “sülh çağırışı” – TƏHLİL
Siyasi / 24.01.2025 13:22
“Gedərçayın şırıltısını mütləq eşidəcəm” – Fəridə Səfiyevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 24.01.2025 09:39
Rusiya Ermənistan münasibətlərində nə dəyişəcək? - FOTO - VİDEO
Siyasi, Təhlil / 23.01.2025 22:17
“Bayden administrasiyası “topal ördək” rolunda ermənilərə sonuncu yaxşılığını etdi” - FOTO - VİDEO
Təhlil / 23.01.2025 16:36
Baydenin karyerası – oğlunu cinayətlərə görə əfv edən Prezident – TƏHLİL
Siyasi, Təhlil / 23.01.2025 13:16
Ermənistan üçün “əcəl zəngi” – ANONS - VİDEO
Elm və təhsil / 22.01.2025 21:32
“Eçmiədzin 1920-ci ilə qədər udiləri erməniləşdirmək siyasəti apardı” - FOTO - VİDEO
Elm və təhsil / 22.01.2025 13:41
Udi xalqını əritmək istəyirdilər – ANONS - VİDEO
Siyasi, Sosial / 21.01.2025 22:21
Aldərə, Alırzalar, Alişar, Alyurd, Allar, Alladərə – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 21.01.2025 18:35
“Azərbaycan Xəzər xaqanlığının tərkibində idi” - VİDEO
Təhlil / 21.01.2025 16:54
Liderlərin üz-üzə görüşü – “kölgə qılınclaması” – TƏHLİL
Siyasi, Sosial / 21.01.2025 14:09
Sakinləri qovulub ləğv edilən türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Video müsahibə / 21.01.2025 13:30
“Türklər Toqarmanın nəslindən sayılır” – ANONS - VİDEO
Müsahibə / 20.01.2025 22:55
“Göyçədən deportasiya olunanlar Yalova və İzmir bölgələrində də məskunlaşıblar” - FOTO - VİDEO
Gündəm / 20.01.2025 14:09
Şəhidlər xiyabanı coşqu ilə ziyarət olunur – YENİLƏNİR - FOTO - VİDEO
Gündəm / 20.01.2025 12:06
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO
Gündəm / 20.01.2025 00:07
Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Gündəm / 20.01.2025 00:01
Qanlı Yanvar hadisələrindən 35 il ötür
Gündəm / 19.01.2025 21:09
Prezident 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Mədəni / 18.01.2025 22:43
“Ermənilərin inşa etdiyi abidələr 1870-ci ildən sonraya aiddir” - FOTO - VİDEO
Mədəni / 18.01.2025 14:27
Qoşundaş kompleksinin mistikası – ANONS - VİDEO
Siyasi, Sosial / 17.01.2025 22:05
“Babam deyirdi ki, ermənilər camaatı mal-qara ilə birlikdə yük vaqonlarında deportasiya etdilər” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.01.2025 13:33
Üçüncü nəslin Vətən yanğısı – Vüqar Nərimanbəylinin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 17.01.2025 12:40
“Minsk qrupunun və həmsədrlik institutunun ləğvi hədəflənən məsələlər sırasında dayanır” – AÇIQLAMA
Təhlil / 16.01.2025 22:48
“Azərbaycanlı qaçqınlar Paşinyanla danışıqlar üçün İrəvana gedə bilər” - FOTO - VİDEO