Mədəni 15.12.2019 18:08

“Nəsimi” baletinin Samsunda premyerası oldu - FOTO

Samsun şəhərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Nəsimi” baletinin premyerası olub.

Rakus.az xəbər verir ki, layihə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi və türk dünyasında “Nəsimi ili” elan edilməsi münasibətilə reallaşdırılan silsilə tədbirlər çərçivəsində gerçəkləşib.

Nəsimi rolunda Samsun Opera və Balet Teatrının sənətçiləri – Orçun Ünal, Cem Şenoğlu və Həsən Özvar (gənclik yaşında), şairin həyat yoldaşını Busə Cengiz, qızını İdil Şengül, Misir Sultanı obrazını Süleyman Taşçıoğlu oynayıblar. Digər obrazlarda da teatrın tanınmış aktyorları çıxış ediblər.

Tamaşaçıların böyük maraq göstərdikləri premyera yaradıcı heyəti dəfələrlə hərarətli alqışlarla qarşılayıb.

Premyeradan sonra Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Samsun valisinin müavini Sezgin Üçüncü və Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı səhnə arxasında yaradıcı heyətlə görüşüb, səfirliyin və TÜRKSOY-un adından təşəkkürnamə və xatirə hədiyyələri təqdim ediblər.

Məlumat verilib ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi dünya poeziyasının görkəmli simalarından olan Nəsiminin yaradıcılığına böyük diqqət göstərərək “Nəsimi” baletini Türkiyədə səhnələşdirmək üçün Azərbaycanın görkəmli sənətkarlarına – Xalq artistləri, tanınmış dirijor, professor Yalçın Adıgözəlova, xoreoqraf Kamilla Hüseynovaya və libretto müəllifi Əjdər Ulduza müraciət edib. Azərbaycanın görkəmli sənətçiləri “Nəsimi” baletinin Türkiyə premyerasının uğuru səhnə həlli üçün böyük səy göstəriblər.

“Nəsimi” baletinin nəfis səhnə tərtibatında tamaşaçılara təqdim edilməsi ortaq dəyərlərimizə ehtiramın növbəti göstəricisi olub. “Nəsimi” baletinin teatr mövsümü ərzində səhnələşdirilməsi nəzərdə tutulub.

Tamaşaçılardan Ömər Pamuk baletlə bağlı təəssüratlarını bölüşərək deyib: “Nəsimi təkcə Azərbaycanın yox, bütün türk dünyasının ortaq sərvətidir. Türkiyədə poeziyasevərlər böyük şairi tanıyır və şeirlərini sevə-sevə oxuyurlar. “Nəsimi” baletinin Samsunda səhnəyə qoyulması ortaq mədəniyyət tariximizdə mühüm hadisədir”.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS