skip to Main Content
Müsahibə 08.06.2019 23:21

Nəticəyə görə çox üzülürəm – Yurçeviç

 

“Azarkeşlərimizə bugünkü gözəl dəstəyə görə təşəkkür edirəm”.

Rakus.az xəbər verir ki, bu sözlər Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçə məxsusdu. AVRO-2020-nin seçmə qrup mərhələsinin III turunda Macarıstanı qəbul edən yığmamız meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında xorvatiyalı çalışdırıcı fikrini bu sözlərlə davam etdirib: “İlk 10-15 dəqiqədə həyəcanlı idik. Macarlar standart vəziyyətlərdən təhlükəli olurdular. Onlara da belə anlarda hədiyyə etdik. Getdikcə oyunu bərabərləşdirdik, döyüşdük. Futbolçularımızın performansı pozitiv, topa nəzarət ürəkaçan idi. Ancaq ən önəmli olan nəticəni qazana bilmədiyimiz üçün məyusam. Bu gün yeganə fərq standart vəziyyətlər idi. Xorvatiya ilə matçda da belə vəziyyətdən qol buraxmışdıq. Hesabı 1:2 etdikdən qısa müddət sonra çox tez qol buraxdıq. Bu oyunda daha artığına layiq idik”.

– Geriyə ötürmələri topa nəzarət kimi nəzərdə tutursunuz?
– Bayaq da dediyim kimi, çox yaxşı mübarizə apardıq, tək fərq standart vəziyyətlər idi. Bəli, çox geri ötürmələr var idi. Rəqib yaxşı pressinq etdiyindən, irəliyə oynamaq çətin olurdu.

– Rahil Məmmədov əlacsızlıqdan meydana buraxmışdınız, yoxsa alternativi yox idi?
– Bəli, bu gün bir az həyəcanlı idi. Əlindən gələni etdi, onu tənqid etmək istəmirəm. Bizim mərkəz müdafiəçisi mövqeyində böyük rəqabətimiz də yoxdu.

– Düşünmürsünüz ki, heyət seçimi zamanı hücum xətti ilə bağlı səhvə yol vermişdiniz?
– Hücum xətti ilə bağlı səhv etdiyimi düşünmürəm. Fikirlər fərqli ola bilər. Komanda olaraq yaxşı mübarizə apardıq. Standart vəziyyət oyunun tərkib hissəsindən biridi. Bu gün də bu amil öz sözünü dedi.

– Hər kəs bizə ən münasib rəqib kimi Macarıstanı görürdü, ancaq uduzduq. Buna baxmayaraq, çox pozitivsiniz…
– Demirəm ki, hər şey pozitivdi. Nəticəyə görə çox üzülürəm.

– Renat Dadaşov ilk hissədə meydanda görünmürdü. Onu gec əvəzləməyinizin səbəbi nə idi? Həmçinin, Dmitri Nazarovu da qeyd etmək olar…
– Həm Dadaşov, həm də Nazarov fasilədən sonra yaxşı çıxış etdi. Düzdü, ilk hissədə yaxşı deyildilər. Daha çox Nazarov nəsə etməyə çalışırdı. Sonradan meydana daxil olan futbolçular da oyunu canlandırdılar. Oyunda müsbət məqam, demək olar ki, yox idi. Bu görüşü unudacağıq. Növbəti gündən Slovakiya ilə oyunun heyəti barədə düşünəcəyik.

– Ramil Şeydayevi cinahda oynatmaqla onun əl-qolunu bağladığınızı düşünmürsünüz?
– Şeydayevlə bu barədə danışmışdım. Ramil Rusiya çempionatında da bu mövqedə çıxış edir. Bu səbəbdən qeyri-adi seçim deyildi. Onu cinahda oynatmağımızda məqsəd daha təhlükəli olma istəməyimiz idi. Məğlub olmuşuqsa, belə sualları normal qarşılayıram.

– Qrupda hansısa komandanı niyə qabaqlamalıyıq? Futbolçularımız, yoxsa məşqçimiz rəqiblərdən güclüdü? Məntiqli səbəb varmı?
– Sualı tam anlaya bilmədim. Futbolda reytinq deyilən məqam var. Bu da komandaların real səviyyəsini göstərir. Buna əsasən demək olar ki, hansı komanda digəri ilə qarşılaşmada favoritdi. Amma bu o demək deyil ki, əlimizi yanımıza salmalıyıq. Sona qədər mübarizə aparmaq lazımdı.

– AFFA prezidenti Rövnəq Abdullayev oyundan əvvəl futbolçularla söhbətində qələbənin önəmindən və final mərhələsinə vəsiqənin nə dərəcədə əhəmiyyətli olmasından danışmışdı. Necə düşünürsünüz, hələ də buna şansımız varmı?
– Hər oyunda ən yaxşısını etməyə çalışırıq. Xorvatiya ilə oyunda yaxşı çıxış etmişdik, xal qazana bilərdik. Bu gün ümumiyyətlə, alınmadı, məyusuq. Slovakiya önündə yaxşı nəticə əldə edə bilsək, mübarizənin içində olacağımızı düşünürəm.

– 3-4 aydı Azərbaycandasınız. Ölkədə potensialı olan futbolçular varmı ki, reytinqimizi yaxşılaşdırmağa ümid edək?
– Bəli, bizdə belə oyunçular var. Rahil, Renat, Mahir kimi futbolçularımız var. Amma hələ də inkişaf etməlidilər. Həmçinin Aleksey İsayev və Ömər Buludovu da qeyd edərdim. 20-23 yaş arası oyunçulara nəzər yetirmək lazımdı. Onlar inkişaf etdikdən sonra nəticələrimiz yaxşılaşacaq və reytinqimiz artacaq.

– Həmin gənc oyunçular bu gün niyə meydanda deyildilər? Risk etmək istəmədiniz?
– Start heyətində 4 belə oyunçu var idi: Renat, Mahir, Rahil, Anton. Digərləri də ehtiyatda. Başqa komandalarla müqayisədə daha yaxşı göstəricidi. Gələcəkdə bu say daha da arta bilər. Bugünkü matçda 4 futbolçunun start heyətində yer alması düşünürəm ki, yaxşı başlanğıcdı. (Matc.az)

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO
Back To Top
×Close search
Axtar